Sosial
"Güzəştli mənzil" elektron sistemi vasitəsilə növbəti mənzil seçimi başa çatdı
Bu gün Mənzil İnşaatı Dövlət Agentliyinin layihələri – Lənkəran Yaşayış Kompleksi, Şirvan Yaşayış Kompleksi və Yevlax Yaşayış Kompleksində yerləşən ümumilikdə 535 mənzilin "Güzəştli mənzil" sistemi vasitəsilə satışı uğurla həyata keçirilib.
Publika.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Mənzil İnşaatı Dövlət Agentliyinin birgə məlumatında bildirilir.
Qeyd olunur ki, satış prosesinin tam təhlükəsiz, fasiləsiz və bərabər şəraitdə həyata keçirilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Mənzil İnşaatı Dövlət Agentliyinin mütəxəssislərinin sıx, vahid və əlaqəli fəaliyyəti sayəsində mümkün olub. Aidiyyəti dövlət qurumlarının koordinasiyalı əməkdaşlığı və hər bir qurumun öz istiqaməti üzrə göstərdiyi peşəkarlıq bu uğurun əsas təminatçısıdır.
"Bugünkü satış bir daha sübut etdi ki, Azərbaycan elektron məkanda vətəndaşlara yönəlmiş keyfiyyətli, etibarlı və innovativ xidmətlərin təqdim olunması sahəsində qabaqcıl ölkələrdən biridir.
Mənzil İnşaatı Dövlət Agentliyi gələcəkdə də satış prosesinin təkmilləşdirilməsi və şəffaflığın təmin edilməsi istiqamətində yeniliklər tətbiq edəcək.
Ölkəmizdə rəqəmsal xidmətlərin təhlükəsizliyinin ən yüksək səviyyədə təmin olunması bundan sonra da davam etdiriləcək", - məlumatda qeyd olunub.
-
Kriminal08:24Kişi sevgilisini evdə hazırlanmış silahla öldürdü
-
MDB08:00Putin ad gününü keçmiş xarici liderlə qey edib - FOTO
-
İKT07:47"Apple" yeni təqdimatın tarixini açıqladı - Yeni hibrid cihaz gəlir...
-
Ekologiya07:17Leysan yağacaq, şimşək çaxacaq - PROQNOZ
-
Magazin206:16Ulduzun yerişi izləyiciləri çaş-baş saldı: "Maral balasına oxşayır" - VİDEO
-
Magazin204:44Selin Dion konsert zamanı səhnədə yıxıldı
-
Sağlamlıq04:14Bağırsaq iltihabını azalda giləmeyvələr - Tərkibində nələr var?
-
İKT03:13"Windows 11" "Windows XP"dən daha bir xüsusiyyəti geri qaytarır








.png)
























