Sosial
Milli Qəhrəman xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır/FOTO
Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyevin səhhətində problem yaranıb.
Publika.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya “Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma” İctimai Birliyinin sədri Elşən Uluxanlı məlumat verib.
O bildirib ki, hazırda E.Əliyevin müalicəsi “Yeni Klinika”da aparılır:
“Ehtiram Əliyev ağır vəziyyətdə “Yeni Klinika”ya yerləşdirilib, sonradan durumu daha da ağırlaşdığından Reanimasiya şöbəsinə köçürülüb. Artıq dörd gündür buradadır. Mədəsində problem var. Düzgün müalicə olunmayıb, nəticədə qanaxma baş verib. Dünən həkimlərin dediyinə görə, ağciyərlərində də problem yaranıb, 50 faizi fəaliyyətini itirib. Düşünürük ki, vaxtında düzgün diaqnoz qoyulmayıb və lazımi müalicə aparılmayıb. Nəticədə, vəziyyəti daha da pisləşib. İndi həkimlər deyir ki, hələ ki vəziyyətində heç bir dəyişiklik yoxdur, ağır olaraq qalır”.
Qeyd edək ki, E.Əliyev 1972-ci il avqustun 1-də Ucar rayonunun Qazyan kəndində dünyaya gəlib. O, Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakçısıdır.
-
Magazin104:44Məşhur televiziya ulduzu vannada çılpaq poza verdi - FOTO
-
ABŞ00:30Trampın və məşhur şirkətlərin "X" hesablarına hücum edildi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Romantik sürprizlə qarşılaşa bilərsiniz
-
Hadisə15 Noyabr 23:48Tələbənin ölümü ilə bağlı yeni detallar: "Başı ağrıyırmış, hamama gedib..." - VİDEO
-
İdman15 Noyabr 22:48Lukas Afriko Azərbaycana qayıda bilər
-
Ekologiya15 Noyabr 22:15Bakıda və bölgələrdə külək güclənir - Faktiki hava /Yeniləndi
-
Hadisə15 Noyabr 21:36Güclü külək ağacı avtomobilin üzərinə aşırdı - FOTO/VİDEO
-
Magazin115 Noyabr 21:00Qızının uğuru Gülayı ağlatdı - VİDEO







































