Sosial
Asiya İnkişaf Bankının Direktorlar Şurasının üzvləri ADY-də oldular - FOTO
Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurasının üzvləri Azərbaycana səfəri çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-də olublar.
Bu barədə Publika.az-a ADY-dən məlumat verilib.
Bildirilib ki, görüş zamanı ADY ilə Asiya İnkişaf Bankı arasında mövcud əməkdaşlıq, nəqliyyat infrastrukturunun inkişafı, dəmir yolu sektorunda həyata keçirilən layihələr və gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
ADY nümayəndələri qonaqlara Azərbaycanın dəmir yolu sisteminin inkişafı, sərnişin daşımalarında tətbiq olunan müasir həllər və xidmət keyfiyyətinin artırılması istiqamətində görülən işlər barədə məlumat veriblər.
Bildirilib ki, ADY ölkənin nəqliyyat bağlantılarının gücləndirilməsi, dayanıqlı və rəqəmsal nəqliyyat həllərinin tətbiqi, eləcə də sərnişinlərə rahat və təhlükəsiz xidmətlərin göstərilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir.
Daha sonra AİB Direktorlar Şurasının üzvləri ADY-nin sərnişin xidmətlərindən istifadə edərək qatarla Gəncə şəhərinə yola düşüblər.
Səfər Azərbaycanın dəmir yolu infrastrukturunun və sərnişin daşımaları sahəsində tətbiq olunan müasir yanaşmaların beynəlxalq tərəfdaşlara təqdim edilməsi baxımından xüsusi əhəmiyyət daşıyıb.
-
Magazin213:40Rusiyanın məşhur reperi evində güllə yarasından öldü
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Nida Xəbər 11:27Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO









































