Sosial
13 yaşdan aşağı uşaqlar üçün yeni QADAĞA
Avropa Komissiyası 13 yaşadək uşaqların sosial şəbəkələrə girişinin qadağan edilməsini təklif edəcək.
Publika.az xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropa Parlamentində çıxışı zamanı bildirib.
O qeyd edib ki, Avropa Komissiyası sabah uşaqlarla bağlı yeni qanun layihəsi təqdim edəcək. Layihədə yaş qruplarına uyğun fərqli yanaşmanın tətbiqi nəzərdə tutulur.
“13 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkələr olmayacaq”, - deyə fon der Lyayen bildirib.
Qeyd edək ki, bundan bir neçə gün əvvəl Fransa prezidenti Emmanuel Makron 15 yaşadək yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılması ilə bağlı yeni addımlar atıldığını açıqlamışdı. Makron uşaqları və azyaşlı yeniyetmələri sosial şəbəkələrin təsirindən qorumaq istədiyini bildirmişdi.
Avqustun sonunda isə Aİ-də 15 yaşadək uşaqlar üçün sosial şəbəkələrə qadağa tətbiq edilə biləcəyi barədə məlumat yayılmışdı.
Müəllif: Adəm
-
Magazin213:40Rusiyanın məşhur reperi evində güllə yarasından öldü
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Nida Xəbər 11:27Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO





































