Sosial
Daha bir yeni yaşayış massivi qazlaşdırılır - REPORTAJ
Ölkə üzrə qazlaşdırılmayan kənd və yeni yaşayış massivlərinə küçə qaz xətlərinin çəkilişi mərhələli şəkildə davam etdirilir.
Publika.az xəbər verir ki, belə məntəqələrdən biri də Şəmkir rayonunun Tatarlı kəndinin yeni yaşayış massividir.
“Azəriqaz” İB-nin Şəmkir Regional Qaz İstismarı İdarəsinin Mühəndislik və layihə şöbəsinin rəisi Emin Əliyevin sözlərinə görə, Tatarlı kəndinin genişlənən hissəsində küçə qaz xətlərinin çəkilişi layihəsi çərçivəsində müxtəlif diametrli borulardan istifadə edilməklə ümumilikdə 21 min metr uzunluğunda qaz xəttinin çəkilməsi nəzərdə tutulur. Artıq 18 min metr qaz xəttinin çəkilişi başa çatdırılıb.
Görülən işlərin sakinlər üçün əhəmiyyəti çox böyükdür. Kənd sakini Əli Əliyev deyir ki, uzun illər ərzində sözügedən yaşayış massivində mavi yanacağın olmaması xüsusilə payız-qış mövsümündə sakinlərin ciddi çətinliklərlə üzləşməsinə səbəb olub.
Daha ətraflı:
-
Magazin213:40Rusiyanın məşhur reperi evində güllə yarasından öldü
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Nida Xəbər 11:27Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO





































