Sosial
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
Oktyabrın 1-dən Azərbaycanda hazırda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit internet tarifləri vahid minimum olan 25 manatlıq tarifə keçiriləcək.
Publika.az Milli.az-a istinadən xəbər verir ki, dəyişikliklər yalnız genişzolaqlı internet üçün nəzərdə tutulmuş xidmətlərinə şamil ediləcək və mobil rabitə ilə mobil internet paketlərinə təsir göstərməyəcək.
Bildirilir ki, qərar bazarda tariflərin vahidləşdirilməsi və telekommunikasiya infrastrukturunun daha da inkişaf etdirilməsi siyasəti çərçivəsində qəbul olunub.
Yeni qaydaların minlərlə abunəçiyə təsir göstərəcəyi gözlənilir. Eyni zamanda, operatorlar yenilənmiş tarif paketləri çərçivəsində istifadəçilərə əlavə xidmətlər və ya daha yüksək internet sürəti təklif edə bilərlər.
Hazırda provayderlər müştərilərini qarşıdakı dəyişikliklərlə bağlı mərhələli şəkildə məlumatlandırırlar. Yeni tariflərin parametrləri və təfərrüatları barədə əlavə məlumatın operatorlar tərəfindən yaxın vaxtlarda açıqlanacağı gözlənilir.
Qeyd edək ki, bazarda fəaliyyət göstərən bəzi alternativ provayderlərdə hələ də aylıq ödənişi 18 manat və ya daha aşağı olan sabit fiber-optik və ya ADSL internet tarifləri mövcuddur.
-
Magazin213:40Rusiyanın məşhur reperi evində güllə yarasından öldü
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Nida Xəbər 11:27Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO





































