Bu şəxsləri 150 manat məbləğində cərimə gözləyir
Bizi izləyin

Sosial

Bu şəxsləri 150 manat məbləğində cərimə gözləyir

Bu şəxsləri 150 manat məbləğində cərimə gözləyir

Təcili və xüsusi xidmət orqanlarının 101, 102 və 103 kimi qaynar xətləri insanların həyat, sağlamlıq və təhlükəsizliyinin qorunması məqsədilə fasiləsiz rejimdə fəaliyyət göstərir.

Publika.az xəbər verir ki, bu nömrələrin əsassız yerə məşğul edilməsi və ya bilə-bilə yalan çağırışların edilməsi həqiqi köməyə ehtiyacı olan şəxslərin operativ yardım almasına mane olmaqla yanaşı, dövlət resurslarının lüzumsuz xərclənməsinə gətirib çıxarır. Azərbaycan Respublikasının qanunvericiliyi belə məsuliyyətsiz əməllərə görə həm inzibati, həm də müəyyən hallarda cinayət məsuliyyəti nəzərdə tutur.

İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, yanğından mühafizə, polis, təcili tibbi yardım və ya digər xüsusi xidmətləri bilə-bilə yalan çağırmaq inzibati xəta hesab olunur və bu əməli törədən şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Lakin edilən zəng sadəcə xidməti lüzumsuz məşğul etməkdən kənara çıxaraq, ictimai təhlükəsizliyə ciddi hədə yaradan hallarla müşayiət olunduqda məsələ daha ağır hüquqi müstəvidə qiymətləndirilir.

Cinayət Məcəlləsinə əsasən, hazırlanmaqda olan terror aktı, partlayış, yanğın və ya insanların tələfatına, böyük həcmdə əmlakın məhvinə səbəb ola biləcək digər təhlükəli əməllər barədə bilə-bilə yalan məlumat vermək cinayət tərkibi yaradır. Bu cür əməllərə görə təqsirkar şəxslər iki ildən beş ilədək azadlığın məhdudlaşdırılması və ya müvafiq müddətə azadlıqdan məhrumetmə cəzası ilə üz-üzə qalırlar. Təcili xidmət nömrələrinə edilən hər bir daxilolmanın arxasında insan həyatı dayandığı üçün qanunvericilikdə nəzərdə tutulan bu sanksiyalar ictimai qaydanın və təhlükəsizliyin etibarlı qorunmasına xidmət edir.(“Yeni Sabah”)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm