Sosial
Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə növbəti dövlət dəstəyi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 20 Sentyabr - Dövlət Suverenliyi Günü ərəfəsində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 36 mənzil verilib. Mənzillər MİDA-nın Hövsan Yaşayış Kompleksindədir.
Publika.az xəbər verir ki, 4 saylı DOST Mərkəzində mənzillərin sənədlərinin təqdim edilməsi tədbiri keçirilib. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin dövlət tərəfindən genişmiqyaslı sosial dəstək tədbirləri ilə əhatə olunduqlarını vurğulayıb.
Qeyd edilib ki, bu tədbirlərin mühüm bir istiqaməti onların mənzillə təmin edilməsidir. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfərdən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişləndirilib.
Postmüharibə dövründə onlara 7300-dən, ümumilikdə ötən dövrdə 16 mindən çox mənzil təqdim edilib.
Bu dövrdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə yönələn müavinət və təqaüdlərin də orta hesabla 2 dəfədən çox artırıldığı bildirilib. Eyni zamanda, bu kateqoriyalara aid vətəndaşların məşğulluq məsələlərinin həlli, reabilitasiya xidmətləri ilə təminatı sahələrində də ardıcıl işlərin aparıldığı diqqətə çatdırılıb.
Yeni mənzillərlə təmin olunan şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər onlara göstərilən yüksək diqqət və qayğıya, bu gün isə yeni mənzillərlə təmin edildiklərinə görə Prezident cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
-
Magazin115:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub






.jpg)



.jpg)
























.jpg)




