Sosial
FHN: Çimərlik mövsümündə suda boğulma hallarında azalma qeydə alınıb
Cari ilin ötən dövrü ərzində qeyri-çimərlik ərazilərində FHN-in xilasetmə qurumları tərəfindən ümumilikdə 64 nəfərin cəsədi suda tapılaraq çıxarılıb.
Publika.az xəbər verir ki, bunu FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili çimərlik mövsümünün başa çatması ilə bağlı keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, qeyd edilən rəqəm ötən ilin analoji dövründə 85 olub ki, bu da təxminən 25 faiz azalma deməkdir:
"Bu rəqəmləri çimərlik mövsümü üzrə götürsək, cari ilin çimərlik mövsümündə xilasedicilər tərəfindən suda tapılıb çıxarılan cəsədlərin ümumi sayı 59, ötən ilin analoji dövründə 68 olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 13 faiz azalma deməkdir. Burada vacib bir məsələ qeyd edilməlidir ki, göstərilən 59 rəqəmindən yanlız 29-u bilavasitə çimərkən suda boğulma faktı ilə bağlıdır. Digər halların isə ilkin araşdırmalarla müxtəlif səbəblərdən (ehtiyatsızlıq, balıqçılıq fəaliyyəti və s.) baş verdiyi müəyyən edilib".
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı








.jpg)






























