Sosial
Azərbaycanda mənzil qiymətinə maşın nömrələri - 600 MİN MANAT
Azərbaycanın avtomobil elanları portallarında xüsusi kombinasiyalı dövlət qeydiyyat nişanlarının fantastik qiymətlərə satışa çıxarılması diqqət çəkir.
Publika.az “Yeni Sabah”a istinadən xəbər verir ki, satışa qoyulan bəzi avtomobil nömrələrinin qiyməti paytaxtdakı mənzil qiymətlərini geridə qoyur:
10 MC 010 (600 000 AZN) – Siyahının mütləq lideri və qiymət rekordçusu! Yarım milyon manatdan da baha - tam 600 min AZN-ə satışa çıxarılan bu nömrə paytaxtın mərkəzində lüks mənzillərin qiymətini belə geridə qoyur.
10 AS 555 (200 000 AZN) – İkinci sırada "10" seriyası və xüsusi "üçlük" kombinasiyası ilə seçilən nömrə qərarlaşıb. Bu prestijli qeydiyyat nişanı 200 min manata təklif olunur.
10 TT 222 (160 000 AZN) – Üçüncü pillədə yer alan qoşa hərfli və eyni rəqəmlər silsiləsindən ibarət dövlət qeydiyyat nişanı isə 160 min manat qiymətlə alıcı axtarışındadır.
Qeyd edək ki, qiymət paradında həmçinin "10 CD 333" (115 000 AZN), "10 AA 969" (110 000 AZN) və "10 ZY 100" (110 000 AZN) kimi digər diqqətçəkən nömrələr də yer alır.
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı








.jpg)






























