Sosial
“Azərişıq” Zirə ETSİ ərazisində yenidənqurma işləri həyata keçirir - VİDEO
Abonentlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, enerji itkilərinin minimuma endirilməsi məqsədilə “Azərişıq” ASC regionlarla yanaşı paytaxt və ətraf ərazilərdə bir sıra yaşayış məntəqələrinin elektrik təsərrüfatını yeniləyir.
Publika.az xəbər verir ki, həyata keçirilən yenidənqurma işləri Zirə Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində yerləşən qəsəbələri də əhatə edir.
2026-cı ilin Tədbirlər Planına əsasən ilin sonunadək Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzinin yaradılması nəzərdə tutulub. Onlardan artıq 5-i tam quraşdırılıb, şəbəkəyə qoşulması üçün hazır vəziyyətə gətirilib.
Yenidənqurma işləri çərçivəsində Qala qəsəbəsi Xaşaxuna bağları yaşayış massivində 250 kVA gücündə yeni Komplekt Transformator Məntəqəsi (KTM) quraşdırılıb. Həmçinin 6 kV-luq yeraltı kabel xətləri və 0.4 kV-luq Özünüdaşıyan İzolyasiyalı Naqillər çəkilir, dayaqlar yenilənir.
Türkan qəsəbəsinin bir sıra yaşayış ərazilərində də 6 və 0.4 kV-luq elektrik şəbəkəsi yenidən qurulur. Həmçinin müxtəlif gücdə 6/0.4 kV-luq KTM-lər quraşdırılır, sayğaclar yeniləri ilə əvəzlənir.
Aparılan yenidənqurma işləri Pirallahı və Dübəndi yaşayış məntəqələrini də əhatə edib. Pirallahı qəsəbəsində yeni SMS tipli sayğaclar quraşdırılıb, əhalini keyfiyyətli elektrik enerjisi ilə təmin etmək üçün müasir güc mərkəzləri yaradılıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən “Azərişıq” ASC ölkənin bütün regionlarında, həmçinin ən ucqar kənd və qəsəbələrdə belə yenidənqurma və əsaslı təmir işlərini davam etdirir.
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi
-
Magazin206:16Halit, Kılıç, Ersoy Ulubey bir arada - “Kurtlar Vadisi” geri döner
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünün növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz




















.png)

















