Sosial
FHN-in yüksək nəticələr əldə etmiş idmançıları ilə görüş keçirildi - FOTO
Fövqəladə Hallar Nazirliyinin idmançıları 2026-cı ilin sentyabr ayında keçirilmiş idmanın müxtəlif növləri üzrə dünya çempionatlarında yüksək nəticələr əldə ediblər.
Bu barədə Publika.az-a nazirlikdən məlumat verilib.
Belə ki, sentyabrın 18-dən 27-dək İtaliyanın Jesolo şəhərində Dünya Kikboksinq Federasiyasının təşkilatçılığı ilə Gənclər və yeniyetmələr arasında kikboksinq üzrə dünya çempionatı keçirilib. “Low kick”, “kick light”, “K1” və “full contact” kateqoriyaları üzrə keçirilən yarışda dünyanın 79 ölkəsindən 5130-a yaxın idmançı iştirak edib.
Çempionatda Azərbaycan Kikboksinq Federasiyasının gənclərdən ibarət komandasının və FHN-in İdman-sağlamlıq klubunun kikboksinq üzrə yığma komandasının üzvü Əli Nəcəfov da iştirak edib. Klubun məşqçi-müəllimi Elşən İsayevin rəhbərliyi ilə mübarizə aparan idmançımız gənclər arasında +91kq çəki dərəcəsində “low kick” kateqoriyasında ikinci yeri tutub. Əli Nəcəfova çempionatın gümüş medalı və diplomu təqdim olunub.
Sentyabrın 24-dən 27-dək isə Yaponiyanın Tsuchiura şəhərində Beynəlxalq Qol Güləşi Federasiyasının təşkilatçılığı ilə Qol güləşi üzrə dünya çempionatı keçirilib. Dünyanın 30 ölkəsindən 1017 idmançının iştirak etdiyi yarışda Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının yığma komandasının üzvü, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı Toğrul Şahlarlı da mübarizə aparıb. 78 kq çəki dərəcəsində sağ qol üzrə keçirilən yarışda altı görüşün hamısında qalib gələn Toğrul Şahlarlı dünya çempionu adını qazanıb. İdmançıya Beynəlxalq Qol Güləşi Federasiyasının təsis etdiyi qızıl medal və sertifikat təqdim edilib.
Oktyabrın 6-da FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev uğur qazanmış idmançılarla görüşərək onları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb. Görüşdə qazanılmış nailiyyətlərin əhəmiyyətindən danışılıb, medalçılara qiymətli hədiyyələr təqdim olunub.
-
Rəsmi xronika15:46İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanladı
-
Sosial13:10Təcili Yardıma yeni direktor təyin edildi - FOTO
-
Cənubi Qafqaz12:44Paşinyandan Azərbaycan və Türkiyə ilə bağlı mühüm açıqlama
-
Magazin111:56Vüsalə verilişində yerinə aparıcılıq edənə "əsəbiləşdi": Bunu tapmısınız?
-
Region10:30Paşinyanın maaşı artır: Görün nə qədər alacaq
-
Dünya10:06Avropanın nəhəng ölkəsi müflis olacaq - Trampın sözünə baxmasa
-
Nida Xəbər 10:03Baş nazir qərar imzaladı
-
Dünya09:35Türkiyədən Moskvaya uçan 4 təyyarə Litva və Polşa üzərindən geri döndü - Nə baş verir?






.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)






.jpg)














.jpg)







.jpg)

