Sosial
Azı 50 işçisi olan şirkətlər qarşısında yeni öhdəlik qoyulacaq
Azı 50 işçisi olan şirkətlər qarşısında yeni öhdəlik qoyulacaq.
Publika.az xəbər verir ki, bu, bu gün Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, dövlət və yerli özünüidarəetmə orqanları, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər, publik hüquqi şəxslər və büdcə təşkilatları, həmçinin azı 50 nəfər işçisi olan digər hüquqi şəxslər konfidensiallığın və anonimliyin təmin edilməsinə və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatın elektron qaydada ötürülməsinə və konfidensial məsləhət almağa imkan verən kommunikasiya kanalı yaratmalıdırlar.
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi
-
Magazin206:16Halit, Kılıç, Ersoy Ulubey bir arada - “Kurtlar Vadisi” geri döner
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünün növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz




















.png)

















