Sosial
ATƏT-in Varşava konfransında Azərbaycanın itkin düşmüş vətəndaşları və mina problemi qaldırılıb
5-15 oktyabr 2026-cı il tarixlərində Polşanın Varşava şəhərində ATƏT-in 2026-cı il Varşava İnsan Ölçüsü Konfransı keçirilir.
Publika.az xəbər verir ki, bu barədə İnsan Hüquqlarının Təşviqi Mərkəzi İctimai Birliyi məlumat yayıb.
Qeyd edilib ki, konfransda iştirak edən “İnsan Hüquqlarının Təşviqi Mərkəzi” İctimai Birliyinin İdarə Heyəti sədrinin müavini Nəzrin Əliyeva oktyabrın 5-də “Humanitar məsələlər I” mövzusuna həsr olunmuş 1-ci plenar iclasda çıxış edib.
O çıxışında bildirib ki, silahlı münaqişələrin ağır humanitar nəticələrinin aradan qaldırılması beynəlxalq humanitar hüquq normalarına ciddi riayət olunmasını və törədilmiş pozuntulara görə məsuliyyətin təmin edilməsini tələb edir.
"Birincisi, itkin düşmüş şəxslərin taleyinin naməlum qalması ağır humanitar faciə olmaqda davam edir. 1990-cı illərin əvvəllərində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində dörd minə yaxın azərbaycanlı bu günədək itkin düşmüş şəxs hesab olunur. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində kütləvi məzarlıqların aşkarlanması, işgəncə faktları da daxil olmaqla, beynəlxalq insan hüquqları hüququnun və beynəlxalq humanitar hüququn sistemli şəkildə pozulmasına dair sarsıdıcı dəlillər ortaya qoyur. Nəticədə minlərlə ailə otuz ildən artıqdır ki, yaxınlarının taleyindən xəbərsizdir. Ermənistan kütləvi məzarlıqların yerləşdiyi ərazilərə dair koordinatları Azərbaycana təqdim etməlidir.
İkincisi, vaxtilə işğal altında olmuş ərazilərin geniş miqyasda minalarla çirkləndirilməsi mülki əhalinin həyatı üçün birbaşa və ölümcül təhlükə yaratmaqda davam edir. Bu minalar yüz minlərlə məcburi köçkünün öz doğma yurdlarına təhlükəsiz və ləyaqətlə qayıdışına ciddi maneə yaradır, eyni zamanda münaqişədən sonrakı zəruri bərpa və yenidənqurma prosesini ləngidir. Mina sahələrinə dair tam və dəqiq xəritələrin təqdim edilməməsi hələ də ciddi humanitar problem olaraq qalır.
Üçüncüsü, diqqəti Azərbaycan xalqına məxsus mədəni, tarixi və dini irsin həm vaxtilə işğal altında olmuş ərazilərdə, həm də Ermənistan ərazisində qəsdən və geniş miqyasda dağıdılması, eləcə də izlərinin silinməsi faktına yönəltmək istərdik. Mədəni irsin sistemli şəkildə dağıdılması və tarixi mənşəyinin saxtalaşdırılması silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunmasına dair beynəlxalq hüquq normalarının ciddi pozuntusudur.
Azərbaycan ATƏT-i və beynəlxalq tərəfdaşları törədilmiş pozuntulara görə tam məsuliyyətin təmin olunmasını tələb etməyə, itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasına dəstək göstərməyə və ərazilərin minalardan təmizlənməsi sahəsində hərtərəfli əməkdaşlıq etməyə çağırır", - deyə N.Vəliyeva əlavə edib.
-
Nida Xəbər 19:12Əməkdar artist oğluna gəlinsiz toy etdi - VİDEO
-
ABŞ18:50Parkdan 1 milyon dollar dəyərində almaz tapıldı
-
Elm və təhsil18:40Sumqayıtda məktəb direktoru 48 yaşında vəfat etdi - FOTO
-
MDB16:24Zelenski Putinin böyük hücumuna hazırlaşır: Ukraynada təcili səfərbərlik
-
Rəsmi xronika15:46İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanladı
-
Sosial13:10Təcili Yardıma yeni direktor təyin edildi - FOTO
-
Cənubi Qafqaz12:44Paşinyandan Azərbaycan və Türkiyə ilə bağlı mühüm açıqlama
-
Magazin111:56Vüsalə verilişində yerinə aparıcılıq edənə "əsəbiləşdi": Bunu tapmısınız?























.jpg)










.jpg)

