Qarabağ
Füzulidə növbəti Şəhər Günü keçirilir - FOTO
Şanlı Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsi gedişində düşmən işğalından azad olunan ikinci böyük yaşayış məntəqəsi Füzuli şəhəridir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis olunub. 17 oktyabr Füzuli Şəhəri Günü kimi təqvimimizə yazılıb.
Publika.az xəbər verir ki, Mədəniyyət Nazirliyi, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə artıq dördüncü ildir həmin gün Füzulidə Şəhər Günü silsilə tədbirlərlə qeyd edilir.
Oktyabrın 17-də Füzuli şəhərdəki Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin həyətində təsviri sənət üzrə ustad dərsləri təşkil olunub.
Füzuli şəhər məktəbliləri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində Humanitar Kollecin müəllimləri Ziyafət Aslanlı və Rahim İbrahimovun verdiyi istiqamətlə rəsm bacarıqlarını nümayiş etdiriblər.
Uşaqlar əsasən Füzuli rayonu və Qarabağın təbii gözəlliklərini, tarixi irsini təsvir ediblər.
Ustad dərslərinin sonunda Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Eldar Seyidov, mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov və rayon ictimaiyyətinin nümayəndələri balaca rəssamların əl işləri ilə tanış olublar. Uşaqlar çəkdikləri rəsm barədə məlumat veriblər.
Sonda uşaqlarla xatirə şəkilləri çəkdirilib.
-
MDB01:11Putindən MESAJ: "Rusiya Avropa ilə müharibə istəmir, amma..."
-
İdman00:45Ronaldo het-trik edərək karyerasının 985-ci qolunu vurdu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir qohumdan gələn xoş xəbər sizi sevindirəcək
-
Magazin229 Oktyabr 23:40Paparazzilər məşhur cütlüyün əkizlərini görün harada yaxaladılar - FOTO
-
Hadisə29 Oktyabr 22:36“Uşağımı canlı verdim, ölü aldım” - Dayə haqda şok iddia / VİDEO
-
Art29 Oktyabr 22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 29 Oktyabr 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial29 Oktyabr 20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR












.jpg)






















.jpg)
.jpg)