“Qalatasaray” yayda gətirdiyi fransalı futbolçu ilə yollarını ayırır
Bizi izləyin

İdman

“Qalatasaray” yayda gətirdiyi fransalı futbolçu ilə yollarını ayırır

“Qalatasaray” yayda gətirdiyi fransalı futbolçu ilə yollarını ayırır

“Qalatasaray” mövsümün əvvəlində böyük ümidlərlə heyətinə qatdığı Lesli Uqoçukvu ilə yollarını ayırmağı planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin “Milliyet” nəşri məlumat yayıb.

İstanbul təmsilçisi yayda heyətinə qatdığı 20 yaşlı fransalı yarımmüdafiəçinin çıxışından razı qalmayıb. O, indiyədək komandanın start heyətində yer ala bilməyib. Uqoçukvu bütün turnirlərdə 7 oyunda meydana çıxsa da, ümumilikdə cəmi 123 dəqiqə forma geyinib. Bu görüşlərin 5-i Türkiyə Superliqasında, 2-si isə Çempionlar Liqasında olub.

“Qalatasaray”ın qış transfer pəncərəsində futbolçu ilə yollarını ayıraraq onun yerinə daha bir gənc yarımmüdafiəçi transfer etmək niyyətində olduğu bildirilir. Klub Uqoçukvunu 3 milyon funt-sterlinq qarşılığında “Bernli”dən icarəyə götürüb. Futbolçunun illik məvacibi isə 2 milyon 650 min avrodur.

İstanbul klubunun yeni transfer hədəfləri arasında hazırda “Fiorentina”da çıxış edən Oulai də var. 20 yaşlı fil dişi sahilli yarımmüdafiəçi yayda 26 milyon avro qarşılığında “Trabzonspor”dan İtaliya klubuna keçib. Lakin futbolçunun burada gözlədiyi oyun şansını əldə edə bilmədiyi və komandadan ayrılmağa müsbət yanaşdığı qeyd olunur.

Məlumata görə, “Qalatasaray” Oulaini ilkin mərhələdə satınalma hüququ ilə icarəyə götürmək istəyir. İstanbul təmsilçisinin bu transferlə bağlı danışıqlara yaxın günlərdə başlaması gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm