FHN hərbi hissələri arasında güləş yarışı keçirildi - FOTO
Bizi izləyin

Sosial

FHN hərbi hissələri arasında güləş yarışı keçirildi - FOTO

FHN hərbi hissələri arasında güləş yarışı keçirildi - FOTO

Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının hərbi hissələri arasında sərbəst güləş üzrə birincilik keçirilib.

Bu barədə Publika.az-a qurumun Mətbuat xidmətindən bildirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra yarışlara start verilib.

Mülki müdafiə qoşunları komandanlığının Fiziki hazırlıq və idman şöbəsinin zabitlərindən ibarət hakimlər heyətinin idarəçiliyi ilə keçirilən birincilikdə komanda hesabında Şirvan şəhərində yerləşən “N” saylı hərbi hissənin komandası birinci, Qəbələ şəhərində yerləşən “N” saylı hərbi hissənin komandası ikinci, Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissənin komandası isə üçüncü yeri tutub.
Sonda qalib komandalar kubok, medal və fəxri fərmanlarla təltif olunublar.

Medial

Medial

Oxumağa davam et
Reklam
Reklam

Gündəm