Sosial
Kristalın layihələrində İsveçrə brendi “Geberit”in sistemlərindən istifadə olunacaq - FOTO
Kristal ilə İsveçrənin tanınmış sanitar-texniki sistemlər istehsalçısı “Geberit” arasında əməkdaşlıq memorandumu imzalanıb. Yeni tərəfdaşlıq çərçivəsində “Geberit”in mühəndislik və sanitar həllərinin Kristalın şəhər layihələrində tətbiqi nəzərdə tutulur.
Əməkdaşlığa əsasən, Kristalın şəhər layihələrindəki tam təmirli mənzillərdə “Geberit”in gizli unitaz çənləri, unitaz sistemləri, su axıtma düymələri, su və kanalizasiya boruları, eləcə də duş drenaj sistemlərindən istifadə olunacaq.

Avropanın sanitar-texniki avadanlıqlar sahəsində tanınmış istehsalçılarından olan “Geberit” funksionallıq, müasir texnologiya və uzunmüddətli istismar prinsiplərinə əsaslanan həlləri ilə seçilir. Brendin məhsulları yaşayış məkanlarında həm estetik görünüşün, həm də mühəndislik sistemlərinin etibarlılığının təmin edilməsinə yönəlib.

Kristalın yaşayış layihələrində təmir keyfiyyəti əsas prioritetlərdən biridir. Şirkət mənzillərin həm estetik görünüşünə, həm də uzunmüddətli istifadəsinə xüsusi diqqət yetirərək dünyanın tanınmış istehsalçılarının məhsullarına üstünlük verir. Bu istiqamətdə HARO, GEWISS, Prysmian Group, Zambaiti Parati, GROHE, Hansgrohe, Florim və Infinity kimi beynəlxalq brendlərlə əməkdaşlıq və onların məhsullarından istifadə mühüm yer tutur. “Geberit” ilə imzalanan yeni memorandum isə bu yanaşmanın davamı olaraq, Kristalın tam təmirli mənzillərində sanitar-texniki və mühəndislik sistemlərinin keyfiyyətinin daha da yüksəldilməsinə xidmət edəcək.

Bu tərəfdaşlıq Kristalın şəhər layihələrində tam təmirli mənzillərin texniki təchizatının təkmilləşdirilməsinə və sakinlər üçün daha funksional, etibarlı yaşayış mühitinin formalaşdırılmasına xidmət edəcək.
Ətraflı: *1544
-
Sosial15:24Arif Mirzəyevin nəşi Azərbaycana gətirilir
-
MDB14:36Moskvada jurnalistin avtomobili partladıldı - Yanukoviçin adamıdır
-
Sosial14:21Bakıda baş redaktor həbs edildi - FOTO
-
Region12:54İranın üçdə biri qazsız qalıb: Nazir müavini ağır günlərin olacağını bildirdi
-
Elm və təhsil12:36Müəllimlərin orta aylıq maaşı açıqlandı
-
Elm və təhsil11:54Təhsilə 5 milyard ayrılır: Hansı sahələrə yönəldiləcək?
-
Əmlak10:57MİDA güzəştli mənzilləri satışa çıxarır
-
Dünya10:42Trampdan İsraillə bağlı iddialı açıqlama: Baş nazir ola bilərəm


































