Azərbaycan və Gürcüstan razılaşdı: Qatarların sərhədi keçmə vaxtı iki dəfə azalacaq - FOTO
Bizi izləyin

Sosial

Azərbaycan və Gürcüstan razılaşdı: Qatarların sərhədi keçmə vaxtı iki dəfə azalacaq - FOTO

Azərbaycan və Gürcüstan razılaşdı: Qatarların sərhədi keçmə vaxtı iki dəfə azalacaq - FOTO

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) və "Gürcüstan Dəmir Yolları" SC (GDY) arasında daşımaların operativ təşkil edilməsi müzakirə olunub.

Bu barədə Publika.az-a ADY-dən məlumat verilib.

Məlumata görə, bununla bağlı müzakirələr ADY-nin sədri Rövşən Rüstəmovun rəhbərlik etdiyi nümayəndə heyətinin Gürcüstana səfəri çərçivəsində aparılıb.

Məlumata əsasən, nümayəndə heyəti Böyük Kəsik, Qardabani və Tbilisi dəmir yolu stansiyalarına səfər edib.

Səfər çərçivəsində GDY-nin rəhbərliyi ilə iki ölkə arasında dəmir yolu daşımalarının daha operativ təşkili və sərhəd-keçid proseslərinin sürətləndirilməsi sahəsində əməkdaşlığın genişləndirilməsi, stansiyalarda qatarların qəbulu, emalı və yola salınması prosesləri, mövcud infrastrukturun imkanları müzakirə edilib.

Bildirilib ki, əsas diqqət Azərbaycan–Gürcüstan sərhədində yük və sərnişin qatarlarının keçid müddətinin azaldılması, sərhəd və gömrük nəzarəti prosedurlarının optimallaşdırılması, qatarların hərəkətində fasiləsizliyin təmin edilməsi və mümkün vaxt itkilərinin aradan qaldırılması məsələlərinə yönəldilib.

Həmçinin Qardabani və Tbilisi stansiyalarında daşımaların təşkili, qatarların hərəkətinin əlaqələndirilməsi və əməliyyat proseslərinin təkmilləşdirilməsi üzrə görülən işlər nəzərdən keçirilib. Tərəflər mövcud əməliyyat mexanizmlərinin daha da təkmilləşdirilməsi, texniki prosedurların sadələşdirilməsi, təkrarlanan əməliyyatların aradan qaldırılması və məlumat mübadiləsinin operativliyinin artırılmasının vacibliyini vurğulayıblar.

Azərbaycan və Gürcüstan dəmir yolları arasında əvvəlki görüşlərdə əldə olunmuş razılaşmaların icra vəziyyətinə də diqqət yetirilib. Xüsusilə Böyük Kəsik–Tbilisi–Böyük Kəsik marşrutu üzrə qatarların fasiləsiz hərəkəti, vaqonlara texniki baxış prosedurlarının optimallaşdırılması istiqamətində müsbət nəticə əldə olunduğu qeyd edilib.

Azərbaycan və Gürcüstan dəmir yolları arasında əldə edilmiş əvvəlki razılaşma çərçivəsində yeni əməliyyat yanaşmaları yük qatarlarının sərhəddən keçid müddətinin iki dəfə azaldılmasına imkan yaradır. ADY-nin bu istiqamətdə həyata keçirdiyi tədbirlər Azərbaycan və Gürcüstan arasında dəmir yolu əlaqələrinin daha da gücləndirilməsinə, beynəlxalq yükdaşımaların operativliyinin artırılmasına, tranzit müddətinin azaldılmasına və Orta Dəhlizin rəqabətqabiliyyətinin yüksəldilməsinə xidmət edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm