Dünya
Putin Qərbi ittiham etdi: Ədalətli dünya nizamına mane olurlar
Qərb ölkələrinin neokolonial ambisiyaları ədalətli dünya nizamı sisteminin formalaşmasına maneə yaradır.
Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
Rusiya liderinin sözlərinə görə, getdikcə daha çox dövlət çoxqütblülük və həqiqi bərabərlik prinsiplərinə əsaslanan ədalətli və demokratik beynəlxalq münasibətlər sisteminin qurulmasını dəstəkləyir.
Lakin onun fikrincə, bir sıra Qərb dövlətlərinin neokolonial ambisiyaları bu prosesə ciddi maneə yaradır. Putin qeyd edib ki, keçmiş metropoliyalar Asiya, Afrika və Latın Amerikası ölkələrinin iqtisadiyyatları üzərində nəzarəti saxlamağa, eləcə də onların daxili işlərinə müdaxilə etməyə çalışırlar.
Qeyd edək ki, Putin daha əvvəl “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclası çərçivəsində BRİKS və digər birliklərin çoxqütblü dünya nizamının formalaşdırılması istiqamətində qarşıda böyük işlərinin olduğunu bildirmişdi.
Müəllif: Adəm
-
Nida Xəbər 14:48Neçə Milli Qəhrəmanımız sağdır? - SİYAHI
-
MDB14:12Gürcüstan Rusiya ilə barışır: Yaxın günlərdə görüş olacaq
-
Rəsmi xronika13:35Prezident bu sahəyə 1 milyon manat ayırdı
-
Region13:20Ermənistan silahlı qüvvələri “fəhlə-kəndli ordusu”na çevrilir: Manukyan nəyə eyham vurur?
-
Nida Xəbər 13:08Manatın taleyi ilə bağlı mühüm qərar - Mərkəzi Bank hərəkətə keçir
-
Rəsmi xronika12:13Prezident bu qərarı təsdiqlədi
-
Sosial11:3725 iş günü, 11 min dollar maaş - Azərbaycanda iş elanı
-
Nida Xəbər 10:40Hökumət üzvləri parlamentdədir





































