Nida Xəbər
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçildi
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Şurasına üzv seçilib. Ölkə, həmçinin, təşkilatın Radio Tənzimləmə Komitəsində təmsil olunmaq hüququ qazanıb.
Bu barədə Publika.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, noyabrın 16-da Doha şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının Səlahiyyətli Konfransı çərçivəsində keçirilən seçkilərdə Azərbaycan BTİ Şurasının 2027–2030-cu illər üzrə üzvlüyünə seçilib. Eyni zamanda, "AZCON Holding"in strukturuna daxil olan Azərbaycan Kosmik Agentliyinin (Azərkosmos) əməkdaşı Sitarə Mehdiyeva təşkilatın Radio Tənzimləmə Komitəsinin (RTK) 2027–2030-cu illər üzrə üzvü olub.
BTİ-yə üzv olan 194 ölkədən 48-i təşkilatın Şurasına seçilir. Azərbaycan təmsil olunduğu Şərqi Avropa və Şimali Asiya regionu üzrə ən yüksək səs toplayaraq 129 səslə BTİ Şurasına üzv seçilib.
BTİ-nin Radio Tənzimləmə Komitəsi 194 üzv ölkə arasından seçilən 12 nümayəndədən ibarətdir. Azərbaycan bu seçkilərdə də təmsil olunduğu qrup üzrə ən yüksək səs toplayaraq 111 səslə RTK-ya üzv seçilib.
Beləliklə, Azərbaycan hər iki seçkidə təmsil olunduğu region üzrə ən yüksək səs toplayaraq BTİ-nin hər iki idarəetmə orqanında təmsil olunmaq hüququ qazanıb.
BTİ qlobal radio tezliklərin bölüşdürülməsini, peyk orbitlərini və informasiya-kommunikasiya texnologiyaları üzrə beynəlxalq texniki standartları idarə edən ixtisaslaşmış beynəlxalq təşkilatdır.
1992-ci ildən BTİ-nin üzvü olan ölkəmiz 2014, 2018 və 2022-ci illərdə ardıcıl olaraq Şuraya, 2018 və 2022-ci illərdə isə RTK-ya üzv seçilib və bu illər ərzində təşkilatın fəaliyyətində fəal iştirak edib.
BTİ Şurasında təmsilçilik Azərbaycana təşkilatın strateji prioritetlərinin və fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində, mühüm qərarların qəbulunda, eləcə də qlobal rəqəmsal gündəliyin formalaşdırılmasında birbaşa iştirak etmək imkanı yaradır.
Radio Tənzimləmə Komitəsində təmsilçilik isə radiotezlik və peyk orbitlərinin tənzimlənməsi, radio spektrindən səmərəli istifadə və müvafiq beynəlxalq normativ çərçivənin təkmilləşdirilməsi proseslərində Azərbaycanın mövqeyinin və maraqlarının daha effektiv şəkildə təmsil olunmasına xidmət edəcək.
-
Nida Xəbər 15:56Əhaliyə şad xəbər: Qaz və işıq limitlərinə yenidən baxıla bilər
-
Dünya15:38Estoniya Rusiya işğalına hazırlaşır: “Rəqəmsal səfirlik” planı
-
Nida Xəbər 14:48Neçə Milli Qəhrəmanımız sağdır? - SİYAHI
-
MDB14:12Gürcüstan Rusiya ilə barışır: Yaxın günlərdə görüş olacaq
-
Rəsmi xronika13:35Prezident bu sahəyə 1 milyon manat ayırdı
-
Region13:20Ermənistan silahlı qüvvələri “fəhlə-kəndli ordusu”na çevrilir: Manukyan nəyə eyham vurur?
-
Nida Xəbər 13:08Manatın taleyi ilə bağlı mühüm qərar - Mərkəzi Bank hərəkətə keçir
-
Rəsmi xronika12:13Prezident bu qərarı təsdiqlədi












.jpg)

.jpg)























