Dünya
Yaponiyada Sakuracima vulkanı püskürdü - Video
Yaponiyanın Kaqoşima prefekturasında, Kyuşu adasında yerləşən Sakuradzima vulkanı püskürüb.
Publika.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi (JMA) məlumat yayıb.
Vulkan külünün sütunu kraterdən təxminən 1 000 metr yüksəkliyə qalxıb və cənub-şərq istiqamətində hərəkət edib.
Vulkanın yerləşdiyi ərazidə təhlükənin üçüncü səviyyəsi elan edilib. Bu səviyyə təhlükəli ərazilərə yaxınlaşmağı və vulkana qalxmağı qadağan edir.
Sakuradzima təkcə Yaponiyanın deyil, həm də dünyanın ən aktiv vulkanlarından biridir. 1914-cü ilədək ayrıca adada yerləşən vulkan güclü püskürmədən sonra lava axınlarının Osumi yarımadası ilə birləşməsi nəticəsində yarımadanın bir hissəsinə çevrilib. Vulkan üç zirvədən ibarətdir: Kitadake (1 117 metr), Nakadake (1 060 metr) və Minamidake (1 040 metr).
Hüseyn İbadlı
-
Ekologiya07:17Bu gün 18 dərəcə isti olacaq - Hava proqnozu
-
Art06:16Polad Bülbüloğlu: "İsraildə 5 ağır əməliyyat keçirdim"
-
Yaxın Şərq01:41SEPAH ABŞ-ın Bəhreyndəki hərbi bazalarına zərbələr endirdi
-
Mətbəx01:11Sobada ətli kartof kolbasası resepti
-
Qoroskop01:00Həftə sonunun ən şanslı 3 bürcü
-
Magazin200:30Çağatay evlənir? - Sevgilisi danışdı
-
Səhiyyə21 Noyabr 23:36Milyonlarla insanı maraqlandıran sualın cavabı tapıldı - Bel ağrısının səbəbi nədir?
-
Region21 Noyabr 23:24Türkiyə Yəmənə ordu yeridəcək? - Hakan Fidandan açıqlama


































