Cənubi Qafqaz
Ermənistan ordusu BÖYÜK İTKİ VERDİ: İrəvan qorxu içində, Bakı daim...
2018-ci ilin 1 yanvar tarixindən 10 noyabr tarixinə
qədər Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq
Qarabağ bölgəsində yerləşdirilmiş erməni hərbi birləşmələri
qeyri-döyüş şəraitində böyük itkilər verib.
Publika.az xəbər verir ki, “tert.am” saytı rəsmi
statistikalara əsaslanaraq, itkilərlə bağlı araşdırma aparıb.
Məlumata görə, ötən ilin qeyd olunan dövründə erməni ordusu 39 itki
verib. 7 itki rəqibin (Azərbaycan), 32 itki isə müxtəlif
səbəblərdən qeydə alınıb.
“32 əsgər müxtəlif texniki səbəblərdən, bədbəxt hadisələrdən,
intihar və xidmət yoldaşının açdığı atəşdən, eləcə də qəza və uçqun
zamanı həlak olub”, - deyə sayt yazıb.
Erməni şərhçi Sarkis Artsruni bu statistikanın faciəli olduğunu
qeyd edib.
Onun sözlərinə görə, ötən il təmas xəttində atəşkəsə ciddi şəkildə
riayət edilirdi, lakin buna baxmayaraq, erməni ordusunda itkilərin
sayı kifayət qədərdir: “Bu fakt olduqca həyəcanlıdır, çünki
inqilabdan sonra faktiki olaraq orduda keyfiyyət dəyişikliyi
olmadı. Hətta Nikol Paşinyan bu mövzuda bir neçə dəfə danışsa da
dəyişən heç nə yoxdur. Əlbəttə dünyanın heç bir ordusu fors-major
situasiyalardan sığortalanmayıb, hərçənd, müharibə aparan ölkənin
ordusunda qeyri-döyüş şəraitində verilən itkilərin sayı döyüş
şəraitində verilən itkilərdən 5 dəfə çoxdursa, bu o deməkdir ki,
“daxili düşmən” daha sərt və xaindir, nəinki rəqib”.
Erməni şərhçi qeyri-qanuni münasibətlərin, korrupsiyanın və digər
neqativ halların “daxili düşmən” olduğunu vurğulayıb.
“Statistika göstərir ki, bizim ordumuzda hətta inqilabdan sonra da
problemlər həll edilməyib. Faktiki olaraq, ordu parlamentin və
cəmiyyətin nəzarətindən kənarda qalır. Ümumiyyətlə, ordu haqqında
danışmaq, ordunu tənqid etmək tabusunu yıxmağın vaxtı çatıb.
Əslində bu tabu illər boyunca orduda korrupsiyanın çiçəklənməsi,
problemlərin həll edilməməsi üçün yaradılıb”, - deyə Artsruni
yazır.
Hüquq müdafiəçisi Janna Aleksanyan bildirib ki, orduda insan
hüquqlarının qorunması ilə bağlı xüsusi heç bir dəyişiklik müşahidə
olunmur: “Orduda müdafiə naziri David Tonoyandan başqa heç nə
dəyişməyib. Ölümlər davam edir, bu hadisələrin araşdırılması
olduqca pis aparılır, bir çox hallarda cinayət işi açılmır. Oruda
vəziyyət cəzasız qalmağa davam edir”.
S.Artsruni hakimiyyəti 2016-cı il aprel məğlubiyyətindən nəticə
çıxarmağa dəvət edib.
“Məhz həmin müharibə illərlə ordumuzun gücü və qüdrəti haqqında
yalançı təbliğatı alt-üst etdi. Korrupsiya ilə mübarizə silahlı
qüvvələrə keçməlidir. Bu, təkcə qeyri-qanuni münasibətlərin kökünü
kəsməyəcək, həm də gənclərin ölümünün qarşısını alacaq. Əks
təqdirdə Bakının aşkar gücünü başımızın üzərində daim hiss
edəcəyik”, - deyə erməni şərhçi qeyd edir.
Asif
-
Nəqliyyat12:54Sabahdan Bakı metrosunda intervallar azaldılır
-
Sosial11:42Azərbaycanda bu şəxslərin İŞ SAATI DƏYİŞİR
-
Rəsmi xronika10:52İlham Əliyev Bakıda açılışda iştirak etdi - FOTO
-
Dünya09:48Alimlərdən şok proqnoz: Qiyamət günü ilə bağlı yeni tarix açıqlandı
-
İnanc09:30Butulka basdırır, rozmarin əkirdilər - İnsanlar evlərini cadudan necə qoruyurdu?
-
Sosial09:00Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?
-
Hadisə08:41Bakı metrosunda problem: Stansiyalarda izdiham yarandı - VİDEO
-
Kriminal07:35Narkobaronların qazanc mənbəyi dəyişdi - İldə 21 milyard dollarlıq “yeni alver”





























.webp)







