Cənubi Qafqaz
Gürcüstan separatçı qurumları tanıyır? – ŞOK İDDİA
Gürcüstan Rusiya ilə gömrük və yüklərin tranziti haqqında razılaşma çərçivəsində Abxaziya və Cənubi Osetiyayla sərhədlərdə gömrük nəzarəti məntəqələrini açmağa hazırdır.
Publika.az xəbər verir ki, bu haqda Rusiya hökumətindəki mənbə “Kommersant” nəşrinə bildirib.
“Faktiki olaraq, razılaşma üzrə öhdəliklər Gürcüstanı sərbəst gömrük əraziləri kimi Abxaziya və Cənubi Osetiyanı tanımağa məcbur edir”, - nəşrin həmsöhbəti deyib.
Gürcüstan və Rusiya arasındakı razılaşma üç ticarət dəhlizinin yaradılmasını nəzərdə tutur. Onlardan ikisi Abxaziya və Cənubi Osetiyadan keçəcək. Sənəd yalnız mal axınının monitorinqi üzrə öhdəlikləri tənzimləyir, dəhlizlərin avtomatik açılmasını nəzərdə tutmur.
İsveçrənin “Societe Generale de Surveillance” (SGS) şirkəti yüklərin axınının monitorinqi və onların damğalanması ilə məşğul olacaq.
Qeyd edək ki, Gürcüstandan birtərəfli qaydada ayrılan Abxaziya və Cənubi Osetiyanın tanınması haqqında fərman 2008-ci il avqust müharibəsindən sonra Rusiya prezidenti Dmitri Medvedev tərəfindən imzalanıb. Cənubi Osetiyanın müstəqilliyi Suriya, Nikaraqua, Venesuela və Nauru tanıyıb. Abxaziya bu dörd ölkədən başqa, Vanuatu da tanıyıb.
Gürcüstanda Cənubi Osetiya və Abxaziya Rusiya tərəfindən işğal edilmiş ərazi hesab edilir.
Ömər Dağlı
-
Nəqliyyat12:54Sabahdan Bakı metrosunda intervallar azaldılır
-
Sosial11:42Azərbaycanda bu şəxslərin İŞ SAATI DƏYİŞİR
-
Rəsmi xronika10:52İlham Əliyev Bakıda açılışda iştirak etdi - FOTO
-
Dünya09:48Alimlərdən şok proqnoz: Qiyamət günü ilə bağlı yeni tarix açıqlandı
-
İnanc09:30Butulka basdırır, rozmarin əkirdilər - İnsanlar evlərini cadudan necə qoruyurdu?
-
Sosial09:00Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?
-
Hadisə08:41Bakı metrosunda problem: Stansiyalarda izdiham yarandı - VİDEO
-
Kriminal07:35Narkobaronların qazanc mənbəyi dəyişdi - İldə 21 milyard dollarlıq “yeni alver”





























.webp)







