Cənubi Qafqaz
Ölüm sayı sürətlə artır: 18 min nəfər ölkədən qaçdı, 25 min... – Ermənistan BOŞALIR
Koronavirus Ermənistanın demoqrafik və sosial-iqtisadi vəziyyətinə ciddi təsir edib.
Publika.az xəbər verir ki, 2020-ci ilin yanvar-mart ayları ərzində 18 min erməni ölkəni tərk edib.
Bu rəsmi statistikadır, qeyri-rəsmi məlumatlarda Ermənistanı tərk edənlərin sayının daha çox olduğu deyilir.
Lakin koronavirus pandemiyasına görə Ermənistan ciddi problemlərlə üzləşib. Bir tərəfdən ölüm sayının doğum sayına görə sürətlə artması, digər tərəfdən işləmək üçün xarici ölkələrə üz tutan ermənilərin sərhədlərin bağlanmasından sonra ölkədə qalmasıdır.
Erməni ekspert Artak Markosyan hesab edir ki, işləmək üçün başqa ölkəyə, xüsusilə Rusiyaya üz tutan ermənilərin ölkədə qalması sosial-iqtisadi problemləri də artırır: “Koronavirus, həmçinin, neft qiymətinin düşməsi Rusiyada vəziyyəti pisləşdirib. Son məlumatlara görə, Rusiyadan 25 min erməni geri qayıtmaq üçün qeydiyyatdan keçib. Bu ölkə əhalisinin müvəqqəti artımı olsa da, ciddi sosial-iqtisadi problemlər yaradacaq”.
Markosyan qeyd edib ki, geri qayıdanların əksəriyyəti həmişəlik qalmayacaq və həyat normallaşandan sonra gedəcəklər.
“Real demoqrafiya isə pisləşməyə doğru gedir. Bu ilin birinci rübündə doğum sayı ötən illə müqayisədə 450 nəfər azalıb. Ölkədə ölüm yaşı da aşağı düşür”, - o bildirib.
Asif
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi















.jpg)


.jpg)


















