Cənubi Qafqaz
Türkiyə-Azərbaycan qardaşlığının qorxusu - Ermənistandan 1 ay sonra gələn ETİRAF
Ermənistanın Xarici İşlər naziri Zoqrab Mnatsakanyan Misirə rəsmi səfər edib.
Publika.az xəbər verir ki, o, misirli həmkarı Səmih Şükri ilə görüşündə Azərbaycan və Türkiyə haqqında absurd fikirlər səsləndirib.
Mnatsakanyan Türkiyə və Azərbaycanın bölgədəki siyasəti ilə bağlı təşvişini əks etdirən ifadələr işlədib. O, iki qardaş ölkənin ordularının birgə hərbi təlimlərini xatırladıb.
İşğalçı ölkənin naziri bütün bu hərəkətlərin regional sabitliyi pozduğunu və vəziyyəti sabitləşdirmək səylərinə xələl gətirdiyini dilə gətirib. O etiraf edib ki, Türkiyə ilə Azərbaycanın birgə siyasəti qitədə Şərqi Aralıq dənizindən Şimali Afrikaya və Yaxın Şərqə, eləcə də Cənubi Qafqaza qədər uzanır.
Qeyd edək ki, Misir Türkiyənin Şərqi Aralıq dənizi üzərində Liviya ilə bağladığı sazişdən narahatdır. Buna görə də Yunanıstanın bölgədə enerji axtarışları aparan Türkiyəyə qarşı sərt mövqeyini dəstəkləyir.
Xatırladaq ki, Azərbaycan və Türkiyə orduları avqust ayında "TurAz Qartalı-2020" genişmiyqaslı birgə hərbi təlimləri keçirib. Hərbi təlimlər region ölkələri tərəfindən yaxından izlənib.
Zümrüd
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə25 Oktyabr 19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
































