Cənubi Qafqaz
Paşinyan Putinin zəhləsini tökməyə davam edir - BU DƏFƏ...
Rəsmi İrəvan bütün tərs şillələrə rəğmən, hələ də Rusiyadan kömək ümidini üzməyib.
Publika.az xəbər verir ki, Ermənistan xarici işlər naziri Zoqrab Mnatsakanyan parlamentdəki jurnalistlərə açıqlamasında Rusiya ilə Ermənistan arasında 1997-ci ildə imzalanan Dostluq, əməkdaşlıq və qarşılıqlı yardım müqaviləsi çərçivəsində məsləhətləşmə üçün müraciətə dair, lazımi bütün işlərin aparıldığını söyləyib.
"Bu istiqamətdə bütün lazımi işlər görülür. Hazırda daha çox şey deyə bilmərəm. Müqavilə münasibətlərimizə və onlardan irəli gələn öhdəliklərə gəldikdə, lazım olan hər şey indi edilir", - Mnatsakanyan deyib.
Qeyd edək ki, 31 oktyabrda Ermənistan baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə məktub göndərmiş və bu məktubda Rusiya və Ermənistan arasında "Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsi"nin ikinci bəndinə əsasən, təcili olaraq Ermənistana yardım göstərilməsinə dair məsləhətləşmələrə başlamağı xahiş etmişdi. V.Putin isə məktuba cavab yazmamışdı. Əvəzində Rusiya Xarici İşlər Nazirliyi rəsmi internet səhifəsində ümumi məzmunlu bəyanat dərc etmişdi.
Xatırladaq ki, Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasındakı Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsinin ikinci maddəsi tərəflərin suverenliyi, ərazi bütövlüyünün qorunması və Rusiya Federasiyası ilə Ermənistan Respublikasının təhlükəsizliyinin təmin edilməsi istiqamətində bir-biri ilə sıx qarşılıqlı əlaqədə olacağını ehtiva edir.
Məlumat üçün bildirək ki, N.Paşinyan Rusiya lideri başda olmaqla, kömək üçün əksər dünya liderlərinə zəng vurub, amma bu cəhdlərin hamısı boşa çıxıb.
Zümrüd
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə25 Oktyabr 19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
































