Cənubi Qafqaz
Ermənistanın yeni xarici işlər nazirinə qoyulan ƏSAS TƏLƏB
Zohrab Mnatsakanyanın Ermənistanın xarici işlər naziri vəzifəsindən istefa etməsi və müavini Şavarş Köçəryanın da onun ardınca getməsi, Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanatın imzalanmasından sonra meydana gələn daxili siyasi böhranı göstərən hadisələr zəncirində növbəti halqa olub.
Publika.az xəbər verir ki, düşmən ölkə özünə xarici işlər naziri axtarmağa başlayıb.
İlk namizəd olaraq Ermənistan milli məclisinin xarici əlaqələr daimi komitəsinin sədri, hakim “Mənim addımım” blokunun təmsilçisi, Mülki Müqavilə Partiyasının üzvü Ruben Rubinyan göstərilir. 30 yaşındadır.
Erməni ekspert cəmiyyətinin bir hissəsi keçmiş xarici işlər nazirlərindən və ya müavinlərindən, o cümlədən, əvvəlki hökumət dövründə işləyən təcrübəli diplomatlardan birinin bu vəzifəyə təyin olunacağına inanır.
Politoloq Suren Sarkisyan deyib ki, yeni xarici işlər nazirinin qısa müddətdə təyin edilməsi son dərəcə vacibdir. Ancaq kim bu vəzifəni tutarsa, xüsusən də mövcud proseslərdə əsas rol oynayan Rusiyada ciddi əlaqələri olan tanınmış bir diplomat olmalıdır.
Onun sözlərinə görə, yeni xarici işlər naziri yalnız Moskva üçün deyil, Vaşinqton və Paris üçün də “anlaşılan insan” olmalıdır. Ekspert bunun təkcə ATƏT-in Minsk Qrupunun həmsədrliyi baxımından lazım olmadığını vurğulayıb: “Bir super güc olaraq ABŞ-la əlaqələrin əhəmiyyəti aydındır və təkcə Fransada deyil, bütün Avropa kontekstində əsas əhəmiyyətə malikdir”.
Bundan əlavə, xarici işlər nazirliyinin yeni rəhbərinə daha geniş səlahiyyətlərin verilməsi tələb olunur.
Zümrüd
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə25 Oktyabr 19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
































