Cənubi Qafqaz
Ohanyandan KRİTİK AÇIQLAMA: "Ermənistan SSRİ sərhədlərini tanıyırsa..."
"Sovet İttifaqının sərhədlərini tanıyırsınızsa, deməli, "Artsax"ı (Dağlıq Qarabağ-red) Azərbaycanın bir hissəsi hesab edirsiniz?"
Publika.az xəbər verir ki, bu fikirləri Ermənistanın keçmiş Müdafiə naziri Seyran Ohanyan parlament sədri Ararat Mirzoyana ünvanladığı müraciətdə vurğulayıb.
Məlumatda deyilir ki, "Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan Ermənistan parlamentinin sədri Ararat Mirzoyana açıq məktub ünvanlayıb. Müraciətdə deyilir: "Cənab Mirzoyan, Ermənistan parlament idarəetmə formasına sahib bir dövlətdir və siz parlamentin rəhbərisiniz, ixtisasca tarixçisiniz. Bu gün dövlətimizin sərhədləri Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryana görə, Sovet İttifaqının sərhədlərini qeyd etmək üçün Syunikdə (Zəngəzur-red) çəkilir.
Onda sizə 3 sualım var:
1․ Sovet İttifaqının 32 ildən bəri mövcud olmayan sərhədlərini tanıyırsınız? 1921-ci ildə Erməni "Artsaxı"nın Stalinin əmri ilə Sovet Azərbaycana necə köçürüldüyünü tarixdən bilirsiniz?
2. Sovet İttifaqının sərhədlərini tanıyırsınızsa, deməli "Artsax"ı Azərbaycanın bir hissəsi hesab edirsiniz?
3. Düşünmürsənmi ki, dövləti 32 il geri çəkərək, erməni xalqının azadlıq mübarizəsini, "Artsax" müharibəsini bir heçə çevirdiniz. Müstəqil Ermənistan tarixinin məhv edilməsində və ümumiyyətlə, Ermənistanın sivil dünyada "yaramaz ölkəyə" çevrilməsində iştirakçı oldunuz?" / "Konkret"
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı












.jpg)














.jpg)







