Cənubi Qafqaz
Paşinyanın imzasındakı SİRR - Tanrıya üsyan və...
Artıq bir müddətdir ki, sosial şəbəkələrdə Moskva Bəyanatındakı imzalar (Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin) müzakirə edilir. Bəziləri Nikol Paşinyanın imzasının digər iki liderin imzasından kəskin fərqləndiyini, bəsitliyinin diqqət çəkdiyini vurğulayırlar.
Publika.az-ın məlumatına görə, Nikol Paşinyanın imzasını Axar.az-a təhlil edən psixoloq-qrafoloq Elnarə Baxışlı deyib ki, erməni baş nazirin imzasında onun qorxu və əsəblərini gizlətməyə çalışması əks olunub:
“Paşinyanın imzasını görünüşünə görə təhlil etsək, həm keçidlərinə, həm də künclərinə görə maraqlı tərəfləri olduğunu görərik. İmzanın ortasından keçən uzun xətt duyğuları və düşüncələri tam yarı bölməkdir. Ortadan xətt ümumi cizgiləri birləşdirərək ləkəli qələmə oxşadır. Bu, qəsdən yaradılmış imza da ola bilər. İmzadakı həm ilmələr, həm də kəskinlik hisslərin yaxşı maskalanmasını əks etdirir. Xəttin üstündən ortada sıxılmış bir hal əks olunub. Bu, daxili sıxılmanın əksidir.
İmzadakı həmin xəttin yuxarıya doğru qalxmasında özünü sübut, Allaha üsyan kimi yüksək iddialılıq qeyd olunub. Bu imzaya əsasən demək olar ki, Paşinyan qorxu və əsəblərini gizlədir. Mümkün qədər sadə görünməyə, özünü doğrultmağa çalışır və davamlı olaraq özünü tənqid edir. Bu isə ona qətiyyətsizlik hissi verir”.
E.Baxışlı qeyd edib ki, fizioloji olaraq mədə və ürək nahiyəsində ağrılar, ayaq və böyrəklərində narahatlıqların olması da imzada ifadə olunur:
“Sərt şəkildə dirənmək, kömək axtarışı da imzada əks olunub. Hər şey məcburi plana görə edilmiş kimidir və onun daxili sıxıntı yaşadığını göstərir. İmzada aşırı bədbinlik qeyd olunmur. Güclü şəkildə özünü tənqid və özünü rədd hissləri var. Bir sözlə, qətiyyətsizlik, özünütənqid ilə yüksək iddialılıq, üsyanlılıq arasında savaşı görürük. Öz aqressiyasını içində sıxması ciddi səhhət narahatlığını ifadə edir. Bu imza sahibində bacarıq, elitlik yoxdur. Xəsisdir, jest etməyi bacarmır və xırdaçıdır”.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp



























.jpg)
.jpg)






