Cənubi Qafqaz
Vəzifəyə təyin olunan Arutyunyanın "canlı ölü" olduğu ortaya çıxdı - FOTO
44 günlük müharibədə ordumuzun dəqiq zərbə ilə sıradan çıxardığı separatçı rejimin “müdafiə naziri” Cəlal Arutyunyanın sağaldığı haqda məlumatlar yalan çıxıb.
Publika.az xəbər verir ki, bir neçə gün öncə Cəlal Arutyunyan Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin rəisi təyin edilib.
Ermənistan rəsmiləri Arutyunyanın sağaldığını, hətta müsahibə verdiyini və mühüm vəzifəni icra etmək qabiliyyətində olduğunu deyirlər.
Lakin “iravunk” qəzeti məsələni araşdırıb. Məlum olub ki, Arutyunyan Eribuni Tibb Mərkəzinin reanimasiya şöbəsindədir.
“Mənbəmiz bildirir ki, general huşsuz vəziyyətdədir. Lakin bəzi məmurlar onun sağaldığını iddia edirlər”, - qəzet yazır.
Erməni neyrocərrah Marina Xaçatryan da C.Arutyunyanın sağalmaq ehtimalının az olduğunu deyib.
“Generalın ağır beyin zədəsi var, bu qədər tez sağalması və vəzifəyə başlaması inandırıcı deyil. Görünür, onun üzərindən çirkin siyasi oyun oynayırlar”, - erməni həkim bildirib.
Asif
-
Magazin106:16Məşhur model 31 yaşını bağ evində qeyd etdi - FOTO
-
Magazin104:44“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
İdman04:30"Real" səfərdə "Valensiya"nı darmadağın etdi
-
İqtisadi gündəm03:13Qızıl kəskin ucuzlaşdı
-
Sosial02:12Həmin tuneli yenə su basıbmış - VİDEO
-
Avropa01:41Krakovda Qətliam törədən şəxsin evində meyitlər aşkarlandı
-
Qoroskop00:30Günü ULDUZ FALI - Xəyallarınızla reallıq arasında körpü qura bilərsiniz
-
Nida Xəbər 00:20Hikmət Hacıyev Şuşadan paylaşım etdi - VİDEO


































.jpg)

