Cənubi Qafqaz
Ohanyandan müharibə ilə bağlı ŞOK ETİRAFLAR: hakimiyyət hər şeyi etdi ki...
“Ermənistandakı hakimiyyət müharibənin olması üçün hər şeyi etdi”.
Publika.az xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan “Aysor”a müsahibəsində deyib.
S.Ohanyan bildirib ki, “İskəndər” əməliyyat-taktiki sistemlərindən müharibədə istifadə edilməsini hamı kimi mediadan öyrənib.
O, müharibədəki məğlubiyyətin əsas səbəbini dövlət idarəetmə sistemi, hökumət, parlament və cəmiyyətdə görür: “Bundan başqa, hərbi-siyasi vəziyyətdən hali olmayan Təhlükəsizlik Şurası bütün imkanlarından istifadə etməyib və hərbi-siyasi vəziyyətdən nəticə çıxarılmasına yönəlməyib. Başqa bir səbəb isə səfərbərlik tapşırıqlarının yerinə yetirilməməsi ilə əlaqədar olub. Növbəti səbəb dövlət qurumlarından komandanlıq postlarına qədər intizam səviyyəsinin aşağı olması və məhkəmə və ya məhkəmə-hüquq sistemi tərəfindən tam olaraq qiymətləndirilməməsidir”.
Ohanyanın sözlərinə görə, müharibə zamanı Ermənistan ordusu vahid mərkəzdən idarə olunmayıb: “Başqa sözlə desək, Ermənistandakı mövcud hökumət müharibəyə başlamaq üçün hər şeyi edirdi, lazımi əmr vermək üçün heç bir şey etmirdi, üstəlik müharibə zamanı məğlub olduğumuz istiqamətlərdə komandanlıq təşviq edildi”.
Zümrüd
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı












.jpg)














.jpg)







