Cənubi Qafqaz
Ermənistan müxalifəti Paşinyanı devirə bilməyəcək - Erməni xalqı imtina etdi (VİDEO)
Ermənistandakı müxalifət kütləvi vətəndaş itaətsizliyi aksiyalarına başlayacağına söz verib və bu, mərkəzləşdirilməmiş xarakter daşıyacaq. Polis, artıq hökumətin vəd etdiyi kimi, kütləyə qarşı sərt davranmaq niyyətində olduğunu göstərib.
Publika.az xəbər verir ki, “Sputnik Ermənistan” mövcud daxili siyasi vəziyyətdən hansı çıxış yolu gördüklərini və müxalifətin hərəkətlərini necə qiymətləndirdiklərini öyrənmək üçün İrəvan sakinləri arasında təsadüfi sorğu keçirib.
Bir çox cavabda respondentlərin həm iqtidara, həm də müxalifətə inamsızlığı və şübhəsi ortaya çıxıb. Respondentlər, demək olar ki, yekdilliklə cəmiyyətdə hökm sürən mənfi hissləri ifadə edib.
Xalqın mövqeyindən belə bəlli olur ki, müxalifətin siyasi oyunlarına alət olmaq istəmir. Müxalifət isə xalqın dəstəyi olmadan hökuməti devirə bilməyəcək.
Xatırladaq ki, Qarabağla bağlı üçtərəfli bəyanat imzalandıqdan sonra Ermənistanda baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin istefası tələbi ilə etiraz aksiyaları başlayıb. Bir sıra müxalifət qüvvələri hökumət başçısı vəzifəsinə Vətənin Xilası Hərəkatının lideri Vazgen Manukyanın namizədliyini irəli sürüb. Müxalifət hökuməti istefaya göndərməyi, müvəqqəti hökumət qurmağı və sonra erkən seçki keçirməyi təklif edir.
Öz növbəsində, hökumət ilin sonunda Nazirlər Kabinetinin istefasını gözləmədən bu il növbədənkənar parlament seçkilərinin təşkili təklifi ilə çıxış edib. Müxalifət qüvvələri onların nəticələri saxtalaşdıracağına inanaraq bu seçimlə razılaşmayıb. Nəticədə Paşinyanın komandası erkən seçki fikrindən imtina edib.
Zümrüd
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir
-
Nida Xəbər 11:55Gürcüstanda əsgərlik şərtləri: 6 ay xidmət, 560 dollar maaş və...
-
Rəsmi xronika11:38İlham Əliyev bu şəxsləri "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI
-
Dünya09:48Türk iş adamının təyyarəsinin qalıqları tapıldı - Dağın yamacına çırpılıb
-
ABŞ09:12Jurnalistləri aparan helikopter qəzaya uğradı: Ölənlər var - Anbaan VİDEO
-
Nida Xəbər 09:00Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak etdi - FOTO
-
Sosial07:47Balqabağın elə faydaları üzə çıxdı ki...
-
ABŞ07:30ABŞ İsrailə 20 min ədəd ağır bomba satacaq















.jpg)



















.jpg)


