Cənubi Qafqaz
Gürcüstanda müxalifət və iqtidar ANLAŞDI
Gürcüstanın ölkənin aparıcı müxalifət və iqtidar partiyalarının liderləri prezident administrasiyasına toplaşaraq siyasi böhrandan çıxış üzrə yenilənmiş plan imzalayıblar.
Publika.az yerli mətbuata istinadla xəbər verir ki, Avropa İttifaqının prezidenti Şarl Mişelin təqdim etdiyi sənədə "Vahid Milli Hərəkat" və "Avropalı Gürcüstan" partiyaları istisna olmaqla, parlamentdə mandat qazanmış digər müxalifət partiyaları imza atıblar.
Mərasimdə Gürcüstan prezidenti Salome Zurabişvili, ABŞ və Avropa İttifaqının səfirləri - Kelli Deqnan və Karl Hartzel də iştirak ediblər. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel tədbirə onlayn formatda qatılıb.
Avropa İttifaqının prezidenti, Şarl Mişelin təşəbbüsü ilə "Gürcüstanın irəliləyiş yolu" adlanan sənədə imza atan partiyalar bunlardır:
"Gürcü Arzusu"
"Lelo Gürcüstan Naminə"
"Strategiya Ağmaşenebeli"
"Qirçi"
"Qirçi - Daha çoz azadlıq"
"Vətəndaşlar"
Qeyd edək ki, "Vahid Milli Hərəkat", "Avropalı Gürcüstan" və "Leyboristlər" partiyaları sənədə imza atıb-atmamaq barəsində qərarı sabah verəcəklərini açıqlayıblar. "VMH"nın üzvü Salome Samadaşvili isə artıq sənədə fərdi qaydada imza atıb.
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir
-
Nida Xəbər 11:55Gürcüstanda əsgərlik şərtləri: 6 ay xidmət, 560 dollar maaş və...
-
Rəsmi xronika11:38İlham Əliyev bu şəxsləri "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI
-
Dünya09:48Türk iş adamının təyyarəsinin qalıqları tapıldı - Dağın yamacına çırpılıb
-
ABŞ09:12Jurnalistləri aparan helikopter qəzaya uğradı: Ölənlər var - Anbaan VİDEO
-
Nida Xəbər 09:00Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak etdi - FOTO
-
Sosial07:47Balqabağın elə faydaları üzə çıxdı ki...
-
ABŞ07:30ABŞ İsrailə 20 min ədəd ağır bomba satacaq















.jpg)



















.jpg)


