Cənubi Qafqaz
Gürcüstanın Seçki Məcəlləsinə düzəlişlər qəbul olundu
Gürcüstan parlamentinin 28 iyun növbədənkənar iclasında seçki islahatları ilə bağlı qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Publika.az xəbər verir ki, sənədi 86 deputat dəstəkləyib, 3 nəfər isə əleyhinə səs verib.
Müxalif “Vahid Milli Hərəkat - Güc birlikdədir” partiyası və “Lelo” fraksiyaları islahatları dəstəkləməyib.
Seçki Məcəlləsinə edilən əsas düzəlişlərə görə, Mərkəzi Seçki Komissiyasının tərkibi yeni qayda ilə təşkil olunacaq, səsvermədə elektron texnologiyalar tətbiq ediləcək, təbliğat-təşviqat kampaniyasında inzibati resursların istifadəsi qadağan olunacaq, bundan əlavə seçki məntəqələrinə namizədlər ən 100 metr uzaqlıqda olmalıdır, Bələdiyyə Məclisinə majoritar namizədlərin bariyeri 40% olacaq.
Qeyd edək ki, yeni düzəlişlərin təsdiqlənməsi üçün qanunverici orqan tərəfindən prezidentə göndəriləcək və ardından qüvvəyə minəcək.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular






































.jpg)

.jpg)