Cənubi Qafqaz
Oxçuçaya zəhər axıdan kombinata polis basqını - SƏBƏB
Bu gün səhər saatlarından etibarən Ermənistan hüquq-mühafizə orqanları Qacaran meri Manvel Parmazyanın evində və Zəngəzur Mis Molibden Kombinatında axtarışlara başlayıb. Erməni KİV-ləri xəbər verir ki, bu haqda vəkil Robert Ayrapetyan özünün Facebook səhifəsində bildirib. “Şou davam edir”,-vəkil yazıb
Manvel Parmazyan Ermənistandakı seçki kampaniyası zamanı keçmiş prezident Robert Köçəryanın “Ermənistan” blokuna dəstək verib. Zəngəzur Mis-Molibden Kombinatına gəldikdə isə onun səhmdarlarından biri Sünik vilayətinin keçmiş qubernatoru Vaqe Akopyandır. O da “Ermənistan” blokundan parlamentə namizədlər siyahısında idi.
Baş nazir Nikol Paşinyan seçki kampaniyası zamanı Sünikdə çıxış edərkən dəfələrlə həmin kombinatın adını çəkmişdi. Şirkətin rəhbərliyini əməkdaşların siyasi baxışlarına təsir göstərməkdə, müxalifətin mitinqlərinə getməyə məcbur etməkdə və onun seçki mitinqlərinə getməyi qadağan etməkdə günahlandırmışdı.

Azərbaycanda isə Zəngəzur Mis-Molibden Kombinatının adı Zəngilan ərazisindən axan və Araz çayına birləşən Oxçuçayın zəhərli maddələrlə çirkləndirilməsi qalmaqalına görə gündəmdədir. Bu kombinatın əsas səhmdarı əvvəllər Almaniyanın “CRONİMET Holding” şirkəti olub. Almaniyanın Bakıdakı səfirliyinin bildirdiyinə görə, şirkət 2019-cu ildə səhmləri başqa investora satıb. (virtualaz.org)
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular













.jpg)
























.jpg)

.jpg)