Cənubi Qafqaz
Toy və yas mərasimlərinin qarşısı belə alınacaq
Gürcüstanda toyların, yas mərasimlərinin və bu kimi yığıncaqların qarşısının alınması üçün ölkənin Əmək Müfəttişliyinə yeni haqlar verilib.
Publika.az Gürcüstan mediasına istinadla xəbər verir ki, ölkədəki Əmək Müfəttişliyinin işçiləri artıq toyların, yas mərasimlərinin və bu kimi yığıncaqların qarşısını əvvəlcədən də ala biləcəklər.
Bu günədək Əmək Müfəttişliyinin işçiləri yalnız toy, yas mərasimləri və bu kimi yığıncaqlar baş verdiyi an müdaxilə edə bilərdilər, lakin yeni qərara əsasən, onlar xəbər tutulduğu zaman həmin yığıncaqlar baş tutmamış müdaxilə edə və keçirilməsinə mane ola bilərlər.
Bundan başqa, şimal-qərb qonşumuzun Əmək Müfəttişliyinin işçiləri mərasimin keçirildiyi obyekti əvvəlcədən bağlaya, içərisində olan və yığıncaq üçün nəzərdə tutulan əşyaları möhürləyə bilərlər. Həmçinin, bağlanan obyektə möhürü qıraraq icazəsiz girmək və ya içərisində möhürlənən əşyaları icazəsiz götürmək qanunla qadağan edilir və qeydə alındığı təqdirdə cinayət işi açılacaq.
Xatırladaq ki, Gürcüstan Koordinasiya Şurasının verdiyi yeni qərara əsasən restoran və banket zaallarında toylar, yas mərasimləri və bu kimi tədbirlər keçirildiyi təqdirdə məkan sahibləri birinci dəfə 10 000 lari dəyərində cərimələnir, ikinci dəfə isə eyni hal təkrar olunarsa ozaman obyektin fəaliyyəti dayandırılır.
Tural Turan
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





