Cənubi Qafqaz
Gürcüstan DTX İŞİD-lə əlaqəsi olan 5 nəfəri saxladı
Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) Kaxeti bölgəsində xüsusi əməliyyat keçirib.
Publika.az xəbər verir ki, bu barədə DTX məlumat yayıb.
DTX-nin Terrorla Mübarizə Mərkəzi əməkdaşlarının Daxili İşlər Nazirliyinin müvafiq bölmələri ilə birlikdə Kaxetidə həyata keçirdikləri xüsusi tədbirlər nəticəsində 5 nəfər Gürcüstan vətəndaşı saxlanılıb.
İstintaqla müəyyən edilib ki, saxlanılan şəxslər İŞİD terror təşkilatının sıralarına qoşulub və Suriyada terror düşərgəsinə getməyi planlaşdırıblar. Qrupun üzvləri küçədə hərəkət edərkən terror təşkilatına dəstəyini açıq şəkildə ifadə edib və terrorçu simvolları nümayiş etdiriblər.
İstintaq çərçivəsində İŞİD-in nümayəndəsi və Gürcüstan “əmiri” olduğunu açıq ifadə edən terror təşkilatına dəstək qrupunun lideri müəyyən olunub. Saxlanılan şəxslərin məhz onun vasitəsilə terror təşkilatının sıralarına qoşularaq Suriyaya getməyi planlaşdırdıqları məlum olub. Qrupun üzvlərinin mütəmadi qaydada Suriya və İraqdakı qrupların rəhbərləri ilə təmas yaratdıqları, Gürcüstanla əlaqədar gələcək planları müzakirə etmək üçün görüşlər keçirdikləri müəyyən olunub.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin terror təşkilatına üzvlüklə bağlı 327-ci maddəsi ilə cinayət işi başlanıb. Cinayət işinin istintaqı Dövlət Təhlükəsizlik Xidmətinin Terrorla Mübarizə Mərkəzi tərəfindən aparılır.
-
Magazin120:48"O qədər xəyanət etmişəm ki..." - VİDEO
-
Dünya20:24Tramp və Putin bir saat nədən danışıblar? - DETALLAR
-
Nida Xəbər 20:12Hacıyev və Qriqoryan Dilicanda gəzintiyə çıxdılar - VİDEO
-
Art19:24Xalq artistinin səhhəti necədir? - Köməkçisindən AÇIQLAMA
-
Nida Xəbər 17:40Ukraynalı filosof: "Heydər Əliyevin xatirəsi təkcə kitablarda, abidələrdə yaşamır!”
-
Nida Xəbər 17:25Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri - Tarixi faktlar və rəylər
-
İqtisadi gündəm16:58Qızılın qiyməti yüksəlir: Daxili bazarda son vəziyyət necədir - VİDEO
-
Magazin216:13Müğənnilər birləşib atı "övladlığa" götürdülər





































