Cənubi Qafqaz
Füzuli Hava Limanı böyük əhəmiyyəti - İqtisadçı alim AÇIQLADI
“Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi ilk növbədə turizmin inkişafına hesablanıb. Füzulidə tikilən və Şərqi Zəngəzurda təməlləri atılmış hava limanları gələcəkdə bu bölgəyə turist axınında müstəsna rol oynayacaq”.
Bunu Publika.az-a açıqlamasında iqtisadçı alim Əli Əlirzayev deyib.
Ekspert bildirib ki, işğaldan azad olunan ərazilər bütövlükdə turizm mərkəzidir: “Bu bölgələrdə təbii turizm potensialı daha çoxdur. Həm də bu bölgələr sərhədyanı zolaqda yerləşir. Yəni, təkcə Bakı şəhərindən deyil, eləcə də dünyanın bir çox ölkələrindən Füzuliyə, Laçına, Zəngilana uçuşlar təşkil edilə bilər. Məhz buna görə də işğaldan azad edilmiş ərazilərdə 3 hava limanının inşası gələcəkdə turimzin inkişafı baxımından çox əhəmiyyətlidir. Turizmin inkişafında müstəsna rol oynayan amillər hava limanları, nəqliyyat yolları və rahat gediş-gəlişdir. Turizm infrostrukturunun yaranması ilə gələcəkdə Qarabağda nə qədər iş yerləri açılacaq. Keçmiş məcburi köçkünlər iş yerləri ilə təmin ediləcək”.
Əli Əlirzayevin fikrincə, hava limanlarının inşası ilə gələcəkdə yükdaşıma imkanları daha da artacaq: “İqtisadiyyatın bu istiqamətində də inkişafa müsbət impulslar verəcək. Gələcəkdə Qarabağdan və ya Qarabağa yükdaşıma imkanlarının artmasına səbəb olacaq. Ölkənin və dünyanın mərkəzi şəhərlərindən oraya təyyarələr uçacaq. Yükdaşıma Qarabağda kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələri üçün də önəmli amildir. Qarabağdakı meyvə məhsullarını xarici ölkələrə aparmaq üçün hava limanı birbaşa əlaqə deməkdir”.
Mütəxəssisin sözlərinə görə, bu, xarici ölkələrlə əlaqələrimizin inkişafına da yeni təkanlar verəcək:
“Hətta sərnişindaşımanın özü də mühüm əhəmiyyət kəsb edir. Qarabağda və Şərqi Zəngəzurda hava limanlarının istifadəyə verilməsi Bakının yükünü də azaldacaq. Burada mühüm nəqliyyat əlaqələri formalaşdırılacaq. Füzulidən, Zəngilandan, Laçından Türkiyəyə, Rusiyaya birbaşa reyslər açılarsa, bu əlaqələrin daha da inkişafı deməkdir. Ona görə də əhalinin daşınması, yükdaşıma, xariclə iqtisadi əlaqələrin qurulması və turizmin inkişafı baxımından Füzuli və digər hava limanlarının istifadəyə verilməsi böyük əhəmiyyətə malik olacaq”.
Tural Turan
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ


































