Cənubi Qafqaz
Gürcüstanda 4 azərbaycandilli məktəb bağlanıb
Hazırda Gürcüstanda 116 azərbaycandilli və Azərbaycan bölməsinin olduğu məktəb fəaliyyət göstərir.
Publika.az xəbər verir ki, bu barədə “Report”un yerli bürosunun sorğusuna cavab olaraq Gürcüstanın Təhsil və Elm Nazirliyinin Təhsilin İdarəolunması üzrə İnformasiya Sistemi Mərkəzindən bildirilib.
Tədrisin Azərbaycan dilində aparıldığı orta təhsil müəssisələrinin 104-ü Kvemo Kartli, 9-u Kaxeti bölgəsi, 3-ü isə Tbilisidə yerləşir.
İllik müqayisədə say baxımından 3 məktəb azalıb. Belə ki, ötən il qonşu ölkədə 119 azərbaycandilli məktəb olub.
Son iki ilin göstəricilərinə nəzər salanda məlum olur ki, bu dövrdə qonşu ölkədə 4 azərbaycandilli məktəbin fəaliyyəti dayandırılıb.
2020-2021-ci tədris ilində azərbaycandilli ictimai məktəblərdə 25 312 şagird təhsil alıb ki, bu da illik müqayisədə 356 nəfər çoxdur. Ən çox şagird (1 272 nəfər) Saqareco bələdiyyəsinin Yormuğanlı kənd məktəbində təhsil alıb. Ən az şagirdi olan məktəblər isə Tetritskaro bələdiyyəsinin Samqereti və Marneuli rayonunun Ağqula kəndlərindədir. Bu təhsil ocaqlarının hər birində 3 şagird olub.
-
MDB10:31Rusiya səmasında bir gecədə 1200-dən çox PUA vuruldu
-
Pul10:13Fransa iqtisadiyyatı üçün həyəcan təbili: “S&P” də proqnozunu pisləşdirdi
-
İqtisadi gündəm09:28Dünyanı gözləyən böyük təhlükə: Yaxın 6 ayda bu ərazilərdə aclıq kəskinləşəcək
-
ABŞ09:19Bayden daha kimsənin vecinə deyil: Kitabı da satılmır
-
Ekopublika.az07:352027-ci ildə dünyanı yeni böhran gözləyir - Həyəcan təbili çalındı
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır














.jpg)






















