Cənubi Qafqaz
Brayza: Saakaşvilinin həbsi ilə...
"Saakaşvilinin həbsi Gürcüstanın imici üçün fəlakətdir".
Publika.az xəbər verir ki, bunu “Amerikanın səsi”nə müsahibəsində ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib. Keçmiş səfir bildirib ki, Saakaşvilinin həbsi Gürcüstan hökuməti üçün fəlakətdir:
"Əvvəlki seçkidə insanlar Gürcü Arzusunun qələbəsiylə razılaşırdılar. Siyasi qütbləşmə və böhranı geridə qoymaq yerinə hakimiyyət yeni böhran yaratdı. Qorxuram ki, Gürcüstan siyasəti daha dərin böhrana gedəcək. Məni Mixeil Saakaşvilinin səhhəti çox narahat edir. Eskalasiyanı aşağı salmaq üçün yol tapmaq lazımdır. Keçmiş prezident Saakaşvili həbsxanada oturur və onun aclıqdan başqa mübarizə mexanizmi yoxdur. Heç kim əbədi ac qala bilməz. Hökumətə təzyiq göstərmək baxımından aclığın mənası buradadır. Əgər mən Gürcüstan hökumətində olsaydım, deskalasiya imkanlarının axtarılması haqqında düşünərdim. Bunu etmək imkanları var. Onlardan biri Saakaşvilini 6 il həbsxanada saxlamamaqdır. Onu qiyabi olaraq ittiham ediblər, bu, o deməkdir ki, ədalətli olmayıb”.
Xatırladaq ki, eks-prezident Mixeil Saakaşvili, həbsdə saxlanıldığı Rustavi həbsxanasında 18 gündür ki, aclıq aksiyası keçirir.
Tural Turan
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm


































.jpg)
.jpg)

