Cənubi Qafqaz
Paşinyan "3+3" formatından danışdı: MƏNASI YOXDUR...
"3+3" formatı artıq mövcud olan formatları əvəz etməsə, digər regional layihələr kim erməni tərəfi üçün də maraqlıdır.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib.
"3+3" formatı digər regional layihələr kimi Ermənistan üçün də maraqlıdır, əgər o, digər mövcud formatları əvəz etmirsə. Əgər bu layihə yeni gündəm təqdim edirsə, deməli maraqlıdır. Gündəmi öz çərçivəsində müzakirə etmək lazımdır, hansı ki, müzakirə olunur. Məslələn, Minsk qrupu və ya kommunikasiyaların açılması üzrə işçi qrupu çərçivəsində müzakirə etməyin mənası yoxdur", - Paşinyan bildirib.
Ermənistan Nazirlər Kabinetinin rəhbəri əlavə edib ki, hökumətin proqramında regional əməkdaşlıq ən mühüm təməllərdən biri kimi qeyd olunub və Ermənistan ilkin olaraq regionun potensialını açan istənilən layihədə maraqlıdır.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan və Türkiyə liderləri - İlham Əliyev və Tayyib Ərdoğan Qarabağ üzrə altıtərəfli əməkdaşlıq formatı və Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması təşəbbüsü ilə çıxış ediblər.
İran bu ideyanı alqışlayıb və regionda sülhün möhkəmləndirilməsi üçün atılan addımlara yardım etməyə hazır olduğunu bildirib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, Rusiya tərəfi Ermənistandan olan həmkarları ilə işləyir və həmçinin Gürcüstanın da belə bir mexanizmin yaradılmasında maraqlı olduğunu bildirəcəyinə ümid edir.
Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani bildirib ki, Rusiya ilə mövcud fikir ayrılıqlarına baxmayaraq, Tiflis ən azı hansısa formada yeni danışıqlar formatında təmsil olunmalıdır.
Hüseyn
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var



































.jpg)


