Cənubi Qafqaz
Artur Qazinyan mandatdan imtina etdi
Ermənistan parlamentində revanşistləri təmsil edən “Ermənistan alyansı” blokunun deputatı Artur Qazinyan bu gün deputatlıqda istefa verdiyini açıqlayıb.
Publika.az xəbər verir ki, o, bununla bağlı açıqlamasında deyib:
“Mən deputat mandatımdan imtina etmək qərarına gəldim. Bunu hazırkı şəraitdə ən düzgün və əsaslandırılmış qərar hesab edirəm. Səbəblər haqqında indi danışmaq istəmirəm, onlar müstəsna olaraq siyasi və taktiki xarakter daşıyır”.
Artur Qazinyan əlavə edib ki, “Müqavimət” hərəkatının reallaşdırılmamış böyük potensialı var. O, hərəkatı Azərbaycana güzəştlərin qarşısını ala biləcək yeganə mövcud platforma adlandırıb və hər kəsi hərəkatın təşkil etdiyi etiraz aksiyalarında iştirak etməyə çağırıb.
Ermənistan parlamentindəki radikal-revanşist kəsimi təmsil edən “Ermənistan alyansı”nın başçısı Azərbaycana qarşı işğalçı müharibənin ən qanlı icraçılarından olan Robert Köçəryandır. Alyans iki partiyadan – “Daşnaksütyun” və “Dirçələn Ermənistan”dan ibarətdir və 2021-ci il mayın 9-da Ermənistan parlamentinə keçirilən növbədənkənar seçkilər ərəfəsində yaradılıb. 29 deputat yerinə malik olan blokun parlamentdəki başçısı keçmiş müdafiə naziri, Xocalı soyqırımının bilavasitə iştirakçısı Seyran Ohanyandır.
Səxavət
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı












.jpg)














.jpg)







