Cənubi Qafqaz
Ermənistanda qumbara ilə meriya binasına daxil olan şəxs İNTİHAR ETDİ - VİDEO/YENİLƏNDİ
Cümə günü axşam saatlarında Masis şəhərində meriyanın binasına daxil olan silahlı şəxs ölü tapılıb.
Publika.az "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, bu barədə Ermənistan polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Narek Sarkisyan jurnalistlərə müsahibəsində bildirib.
"Polis əməkdaşları silahlı şəxslə danışıqlar aparırdılar. Danışıqlar zamanı atəş açılıb. Polis rəisinin birinci müavini və xüsusi təyinatlılar otağa daxil olublar və orada başından güllə yarası almış kişi meyiti aşkar ediblər", - Sarkisyan deyib.
Onun sözlərinə görə, vətəndaş özünü güllələyib. Polis əməkdaşları arasında itki olmayıb.
Sarkisyan bundan sonra müvafiq bəyanatın yayılacağını da qeyd edib.
İlkin məlumatlara görə, binaya daxil olan şəxs Masis meriyasının Ağsaqqallar Şurasının keçmiş üzvüdür.
xxx
00:00
Qumbara və tapança ilə silahlanmış naməlum vətəndaş Masis şəhərinin meriyasına daxil olub.
Publika.az xəbər verir ki, bu məlumatı "Sputnik Ermənistan"a Masis şəhərinin vitse-meri Norayr Akopyan təsdiqləyib.
"Təxminən iki saat əvvəl sərxoş vətəndaş meriyanın binasına daxil olub. Bundan sonra partlayış olub. Xoşbəxtlikdən binada heç bir işçi olmayıb, meriyanın mühafizəçisi də xəsarət almayıb. O, hazırda bizimlədir", - Akopyan bildirib.
İlkin məlumata görə, şəxs tapançadan bir neçə dəfə atəş açıb. Onun üstündə hələ də qumbaranın ola biləcəyi güman edilir.
Vitse-mer qeyd edib ki, vətəndaş heç bir tələb irəli sürməyib, onun hərəkətlərinin motivləri aydın deyil. Şəxsiyyəti də müəyyən edilməyib. Hazırda partlayış və ya atəş səsləri eşidilmir.
Hadisə yerində polis, SNB və xüsusi təyinatlılar var.
Hüseyn İbadlı
-
Dünya17:30Ərdoğanın gizli planı: Tramp Netanyahuya qarşı hərəkətə keçdi
-
Rəsmi xronika16:02İlham Əliyev sərəncam imzaladı
-
MDB15:48Rusiya halvasında ağır metal aşkarlandı – Belarus geri qaytardı, Azərbaycanda da satılır
-
Nida Xəbər 15:28XİN-dən vətəndaşlara çağırış: Qara dənizdə təhlükə artır
-
Region13:12Ermənistanda polis məmuruna “zibil” deyən jurnalistə bu cəza verildi
-
İdman12:42Hemilton Kardaşyanın uşaqlarını belə əyləndirir - FOTO
-
Nida Xəbər 11:15Azərbaycanlıların olduğu gəmi dron hücumuna məruz qalıb - XİN
-
Rəsmi xronika10:41İlham Əliyev Ərdoğana məktub göndərdi













.jpg)



























