Cənubi Qafqaz
KTMT missiyası Ermənistanda: regiondakı vəziyyətlə bağlı...
Təşkilatın baş katibi Stanislav Zasın rəhbərlik etdiyi KTMT missiyası Ermənistanla Azərbaycan sərhədi də daxil olmaqla, vəziyyəti öyrənmək və əlavə birgə tədbirlərlə bağlı təkliflər hazırlamaq üçün Ermənistana gəlib.
Publika.az xəbər verir ki, bu barədə KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov məlumat verib.
"Bu il sentyabrın 20-də KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar iclasının qərarına uyğun olaraq, KTMT-nin baş katibi Stanislav Zasın rəhbərlik etdiyi missiya Ermənistan Respublikasına gəlib. Missiyanın tərkibinə KTMT-yə üzv olan dövlətlərin nümayəndələri daxildir. Onlar təşkilatın işçi orqanlarının əməkdaşlarıdır”, - məlumatda deyilir.
Qeyd olunur ki, missiyaya cari vəziyyətin qiymətləndirilməsi, regiondakı vəziyyətlə bağlı KTMT-yə üzv dövlətlərin başçılarına ətraflı məruzənin hazırlanması və Ermənistanla Azərbaycan sərhədinin müəyyən sahələrində yaranmış gərginliyin azaldılması üçün təkliflərin hazırlanması vəzifələri həvalə edilib.
Missiyanın işi zamanı sərhədyanı ərazilərdə mövcud vəziyyətin öyrənilməsi və monitorinqi üzrə tədbirlər, həmçinin Ermənistan Respublikasının ali siyasi və hərbi rəhbərliyi ilə görüşlərin keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, KTMT Birləşmiş Qərargahının rəisi, general-polkovnik Anatoli Sidorovun rəhbərlik etdiyi KTMT missiyasının qabaqcıl qrupu ötən gün Ermənistanda işləri başa çatdırıb.
Hüseyn İbadlı
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur













.jpg)






















.jpg)
.jpg)

