Cənubi Qafqaz
Ramzan Kadırovun yaxın adamı Tbilisiyə getdi - İDDİA
Ramzan Kadırovun yaxın adamı ailəsi ilə birgə Tbilisidədir və o, onlarla sanksiyaya məruz qalan şəxslərlə işbirliyi edir.
Pubıika.az xəbər verir ki, belə bir iddia ilə "V,ahid Milli Hərakat" prtiyasının lideri Nika Melia çıxış edib.
Onun sözlərinə görə, rusiyalı oliqarxın ailə üzvlərinin bu gün Tbilisidə yaşamasına hökumət aydınlıq gətirməlidir:
"Bir neçə gün əvvəl Tbilisidə Rusiya vətəndaşlarının gürcüləri təhqir etdiyi video-görüntülərə rast gəldik. Bu şəxsin hökumətin problemsiz və nəzarətsiz icazə verdiyi Putinin ətrafının, yəni Aleksandr Kopolkovun oğlu Pavel Kopolkov olduğu məlum oldu. O, polis tərəfindən cəmi bir neçə saat saxlanılıb, daha sonra isə azad edilib. Pavel Kopolkovun oliqarx atası birbaşa Rusiya hərbi sənayesi ilə bağlıdır. Suriya, Krımda və indi də Ukraynada müharibədə Rusiyanın hərbi maliyyələşdirməsi ilə məşğuldur. Onun ailəsi Rusiya ordusu ilə bağlanmış müqavilələrə görə böyük sərvətə malikdir və bu ailə Tbilisidə yaşayır. Dövlət Təhlükəsizliyi Xidməti bu gün belə işləyir, real təhlükəyə göz yumur və Ukraynadakı terrorun sponsorlarına Gürcüstanda və Tbilisidə yaşamağa icazə verir. Mən hakimiyyəti oliqarxın ailə üzvləri ilə bağlı tez izahat bəyanatı verməyə çağırıram, onların mövqeyi beynəlxalq ictimaiyyətə məlum olsa da, onlar izahatdan kənar qala bilməzlər. Onlar gürcü cəmiyyətinə, Ukrayna cəmiyyətinə və beynəlxalq ictimaiyyətə bunun necə baş verdiyini izah etməlidirlər. Ümid edirəm ki, günün sonuna qədər hakimiyyət orqanları, xüsusən də Qomelauri (DTX rəhbəri) çıxıb bununla bağlı açıqlama verəcək". (Aktual.ge)
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp



























.jpg)
.jpg)





