Cənubi Qafqaz
Saakaşvili zəhərlənmə testindən keçmək üçün ŞƏRT QOYDU
Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili nümunələrin xaricə göndəriləcəyi təqdirdə ölkədən çıxa biləcəyi ilə bağlı məlumatı yoxlamaq üçün ölkə ekspertləri tərəfindən toksikoloji ekspertizadan keçəcək.
Publika.az xəbər verir ki, onun vəkili İliya Lomia şərtləri açıqlayıb.
"O, yalnız nümunələr xaricə göndərilərsə və prosesə öz eksperti cəlb olunarsa, ekspertizaya razılıq verəcək", - vəkil deyib.
Lomiyanın sözlərinə görə, Gürcüstan Milli Ekspertiza Bürosu toksikoloji tədqiqat apara bilmir və bu, respublika ekspertlərinin obyektivliyinə şübhələr yaradır.
Qeyd edək ki, bir müddət əvvəl amerikalı psixiatr Erik Qoldsmit həbsdə olan Saakaşvilinin demensiya əlamətlərinin olduğunu bildirmişdi.
Gürcüstan Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidmətinin tibb şöbəsinin rəisi Malxaz Urtkmelidze siyasətçinin orqanizmində normadan artıq zəhərli maddələrin olmamasından danışıb. İddia edilib ki, sabiq prezidentin zəhərlənməsi təsdiqini tapmır.
Dekabrın 1-də tibb mütəxəssisləri Saakaşvilidə on xəstəlik aşkar ediblər. Məsləhət görüblər ki, həbsdən çıxsın. Siyasətçinin vəziyyəti ağır kimi qiymətləndirilir. Açıqlamaya görə, eks-prezidentin neyropsixiatrik və qastroenteroloji problemləri var.
Hüseyn İbadlı
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır





































