Cənubi Qafqaz
Gürcüstanda ATIŞMA: 5 nəfər öldü, çox sayda yaralı var - FOTO
Ötən gecə, saat 1:00 radələrində Saqarecoda Daxili İşlər Nazirliyinin əməkdaşları 50 yaşlarında olan silahlı şəxsi saxlamaq üçün xüsusi əməliyyat keçiriblər.
Publika.az yerli mətbuata istinadən xəbər verir ki, xüsusi əməliyyat zamanı silahlı insident yaşanıb.
Məlumata əsasən, polis əməkdaşlarını görən 1974-cü il təvəllüdlü silahlı şəxs, yaşayış binasının mənzillərindən birinin eyvanından avtomat silahla bir neçə dəfə atəş açıb.
Bu zaman ərazidə olan biri polis əməkdaşı olmaqla 5 nəfər həlak olub, 6 nəfər isə yaralanıb. Bundan sonra hadisə yerinə əlavə polis qrupları səfərbər edilib və Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları hadisə yerinə cəlb olunub. Bir saat davam edən silahlı insidentdən sonra polis əməkdaşları evə daxil olmağı bacarıblar.
Nazirlikdən bildirilib ki, xüsusi təyyinatlılar evə daxil olan zaman silahlı şəxs özünü güllələyib.
Məlumatlara əsasən, hadisəni törədən şəxs Vaziani bölməsində xidmət edən və beynəlxalq missiyalarda iştirak edən keçmiş hərbi qulluqçu Nodar Atuaşvilidir.
Qeyd edək ki, gecə saatlarında Daxili İşlər Naziri Vaxtanq Qomelauri də hadisə yerinə gəlib.
Faktla bağlı Cinayət Məcəlləsinin 109-cu maddəsinin “L” bəndi və 236-cı maddənin 3-cü hissəsi, yəni ağırlaşdırıcı hallarda iki və daha çox şəxsi qəsdən öldürmə, qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etmə, saxlama və gəzdirmə maddələri ilə istintaq başladılıb.
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi


































