Cənubi Qafqaz
Rusiya qarşı çıxdı, ABŞ alqışladı - İrəvan çətin seçim qarşısında
ABŞ tərəfdaşların, o cümlədən Avropa İttifaqının Cənubi Qafqaz regionunda etimadın yaradılması və İrəvan ilə Bakı arasında birbaşa dialoqa şərait yaradan səylərini alqışlayır.
Publika.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel Rusiya Xarici İşlər Nazirliyinin Aİ-nin Ermənistandakı monitorinq missiyası ilə bağlı bəyanatını şərh edərkən deyib.

“Xüsusən, Rusiyanın roluna gəlincə, ABŞ 2020-ci ilin noyabrında Rusiyanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında Rusiya sülhməramlılarının yerləşdirilməsinə səbəb olan atəşkəsin əldə edilməsində iştirak etməyib, ona görə də bu məsələdə, sadəcə təklif edə biləcəyim heç nə yoxdur. Lakin, əlbəttə ki, bildiyiniz kimi, bu, dövlət katibi üçün çox vacib məsələdir, onun çox diqqət yetirdiyi bir məsələdir”, - Patel qeyd edib.
Xatırladaq ki, yanvarın 23-də Aİ ölkələrinin xarici işlər nazirləri Ermənistanda mandatı iki il müddətinə nəzərdə tutulmuş yeni mülki missiyanın yaradılmasını təsdiqləyiblər. Aİ-nin Ermənistandakı uzunmüddətli mülki missiyasına ekspertlər və avropalı müşahidəçilər də daxil olmaqla, təxminən 100 nəfər daxil olacaq. Missiyanın məqsədi Ermənistanın sərhədyanı rayonlarında sabitliyi təşviq etmək, yerlərdə inam yaratmaq və Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün Aİ-nin dəstəklədiyi səylərə əlverişli mühit yaratmaqdır.

Rusiya Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat yayaraq, Aİ nümayəndələrinin Ermənistanın sərhədyanı rayonlarına gəlməsinin regiona geosiyasi qarşıdurma gətirə və mövcud ziddiyyətləri daha da gücləndirə biləcəyindən ehtiyat etdiklərini bildirib.
“ABŞ və NATO-nun əlavəsinə çevrilmiş, MDB məkanında qarşıdurma siyasəti yürüdən Avropa İttifaqı nümayəndələrinin Ermənistanın sərhədyanı rayonlarında peyda olması yalnız regiona geosiyasi qarşıdurma gətirə və mövcud münaqişələri daha da gərginləşdirə bilər. Aİ missiyasının elan edilmiş mülki mahiyyəti aldadıcı olmamalıdır – bu, Aİ-nin Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti çərçivəsində formalaşır və bundan irəli gələn bütün nəticələrdir. Aİ-nin Ermənistanda nəyin bahasına olursa-olsun mövqe tutmaq cəhdləri Rusiyanın vasitəçilik səylərinə təzyiq göstərmək, sülh zərbə vurmaqdır”.
Rusiya XİN qeyd edib ki, yaxın gələcək üçün regionda sabitlik və təhlükəsizliyin əsas amili Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatı əsasında yerləşdirilən Rusiya sülhməramlı kontingenti olaraq qalır: “Onlar vəziyyətin inkişafını nəzərə alaraq Aİ müşahidəçilərinin davranışına reaksiya verəcəklər”, - Rusiya XİN bəyan edib.
Akqabay
-
Nida Xəbər 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir
-
Dünya14:52Epşteyn Putinlə də görüşmək istəyib? - Kremldən rəsmi açıqlama
-
Sosial13:50Azərbaycanda məşhur şirkət işçisinə pul ödəmədi - 1,8 milyonluq kapitala həbs qoyuldu
-
Region12:48Pezeşkian ABŞ-la danışıqların şərtlərini açıqladı: Əraqçiyə tapşırdım ki...
-
ABŞ12:361983-cü ildən bəri ABŞ-da belə şey olmayıb: Klintonlar razılaşdılar
-
Nida Xəbər 12:24Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 11:48Sabiq icra başçısının oğlu Rumıniyada 40 villa aldı - FOTO
-
İdman11:12AFFA-nın yeni qərarı faydalı olacaq? - Komandalar arasında böyük uçurum var









.jpg)
















.jpg)



.jpg)









