Cənubi Qafqaz
Qaribaşvilidən KRİTİK AÇIQLAMA: "Saakaşvili mütəşəkkil şəkildə göndərildi ki..."
"Ukrayna hakimiyyəti Mixeil Saakaşvilini ölkədə dövlət çevrilişi təşkil etmək və ölkəni münaqişəyə cəlb etmək üçün Gürcüstana göndərib".
Publika.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili "IMEDI" telekanalının efirində deyib.
"Mixeil Saakaşvili Gürcüstana dövlət çevrilişi təşkil etmək üçün göndərilib, ondan sonra, uyğun vaxtda, noyabr-dekabr aylarında, yəni ay yarımda ölkə münaqişəyə qoşulmalı idi. Saakaşvilinin 2021-ci il oktyabrın 1-də Gürcüstana gizli gəlişindən sonra.
Ukraynada müharibənin başlanması noyabrda, maksimum dekabrda gözlənilirdi. Bu barədə bizim həmkarlarımızdan və tərəfdaşlarımızdan bildiyim məlumatlar da var idi. Saakaşvili Gürcüstana nə vaxt gəlib? Oktyabrın birində. Saakaşvili mütəşəkkil şəkildə göndərildi, əsas məqsəd burada dövlət çevrilişi təşkil etmək və lazımi vaxtda ölkəni müharibəyə cəlb etmək idi", - siyasətçi deyib.
Qaribaşvili həm də partiyasının hakimiyyətdə olduğu müddətdə Gürcüstanda “ikinci cəbhə”nin açılmasının qarşısını alacağına söz verib.
Hüseyn İbadlı
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu



































.jpg)


